Bia.Az

Avtobus və metronun insan sağlamlığı üçün təhlükəsi

Sosial
 9-08-2023, 02:23     369

İnsanların sıx olduğu nəqliyyat vasitələrində xəstəliklərin mövcudluğu və yoluxma qaçılmazdır. Nəqliyyat vasitələrindəki xəstəliklərdən həm sərnişinlər, həm də sürücülər eyni dərəcədə əziyyət çəkirlər. Yoluxucu xəstəliklərin yayılması üçün əla mühit olan ictimai nəqliyyat vasitələrində, xüsusilə də metro və trolleybusda bakteriya və viruslar asanlıqla hava damcı və fiziki təmas yolu ilə ötürülür.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, elm adamları ictimai nəqliyyatın SARS xəstəliyinə necə təsir etdiyini araşdırıb.

Araşdırmanın nəticəsinə görə, bir şəxs 5 gün ardıcıl tramvay və ya trolleybusdan istifadə edirsə, yoluxma riski 6 dəfə artır.


Bundan əlavə, vərəm, qızılca kimi yoluxucu və daha ciddi xəstəliklərə tutulma ehtimalı da yüksəkdir. Həmçinin, təkcə şəhər daxilində gündəlik istifadə edilən nəqliyyat vasitəsində deyil, həm də qatar və ya şəhərlərarası avtobusla nadir səyahətlər də eyni səviyyədə təhlükəlidir.скачать dle 12.1