Hava limanında ucuşlar təxirə salındı- İşıqlar söndü
Bakı hava limanında işıqlar 2 saatdar artıqdır ki sönüb.Bütün uçuşlar təxirə salınıb.Hal-hazırda problemin həlli axtarılır.İşıqlar sönməsi və uçuşların təxirə salınması ilə əlaqədar Azal rəhbərliyi hava limanındadırlar.Azal rəhbərliyindən verilən məlumata görə:“Hazırda problemin aradan qaldırılması üzrə işlər həyata keçirilir. Qısa zamanda problem həll olunacaq və elektrik enerjisi təchizatının verilməsi bərpa olunacaq”.