Bia.Az

Ermənilərin bu fikirləri dağıdıcı qüvvəyə çevrilib...

Siyasət
 8-08-2023, 20:47     248

"Erməni ideologiyasının təbliği istiqamətində fəal iş aparılır. Bir sıra dövlətlər də erməni məsələsi adı altında öz maraqlarını təmin etmək məqsədi güdürlər". 

Bunu Musavat.com-a politoloq İlyas Hüseynov bildirib.

Tarixə diqqət çəkən ekspert qeyd edib ki, Ermənistan dövlətinin formalaşması, İran, Azərbaycan və Türkiyə arasında geopolitik layihə kimi cızılması uzun illər ərzində erməni ideologiyasının təbliği sahəsində mümkün olub: "Dünyanın müxtəlif nöqtələrinə səpələnmiş ermənilərin toplanması və onlara sözün əsl mənasında dövlət bəxş edilməsi böyük güclərin istəyi sayəsində mümkün olub. Çar Rusiyasının fəallığı ilə Gülüstan və Türkmənçay müqavilələrinin imzalanmasından sonra proses daha da dərinləşdi. Tarixi bilməli və unutmamalıyıq. Qeyd etmək lazımdır ki, ideoloji təşkilatların toplanış yeri erməni kilsəsi olub. Məhz kilsədə yayılan fikirlər sonradan dağıdıcı qüvvəyə çevrilib. Birinci Qarabağ müharibəsində, eləcə də 44 günlük Vətən müharibəsində erməni əsgərləri keşişlər yola salırdı. Rusiya-Ukrayna müharibəsində də Rusiya tərəfdə vuruşan dəstələrə erməni keşişlər xeyir-dua vermişdi. Din ideologiyanın əsas funksiyasını həyata keçirir. Ortodoks kilsəsinin ayrı qolu olan Qriqoryanlıq bu məsələdə fəal rol oynayır. Azərbaycan xalqına qarşı törədilən terror hərəkətlərində də ideoloji təşkilatlar fəal rol oynayıb".
Ekspert qeyd edib ki,  ermənilər bu gün də fəal təbliğat aparırlar: "Bu gün ideoloji iş müasir texnologiyaların tətbiqi ilə hibrid formada aparılır. Düşünürəm ki, bu kritik məsələdir. Azərbaycan müasir çağırışlara uyğun olaraq bu sahəyə ciddi diqqət ayırmalıdır çünki ideologiya dövlətin əsas sütunlarından və təhlükəsizlik amillərindən biridir. Erməni təbliğat maşınının ifşa olunması Azərbaycan həqiqətlərinin dünya arenasında təbliği fəal rol oynayır. Biz informasiya müharibəsinin fəal iştirakçıları kimi çatışmazlıqları aradan qaldırmaq üçün əlimizdən gələni etməliyik. Erməni dilini öyrənməklə, Ermənistanın daxili ictimai-siyasi həyatını tədqiq etməklə məqsədlərimizə nail ola bilərik".скачать dle 12.1