Bia.Az

Bu kəşf alimləri ŞOKA SALDI - İnsanlıq tarixindən GİZLƏDİLƏNLƏR

Dünya
 8-08-2023, 02:57     296

Müharibələrin dəhşətinə baxmayaraq insanlıq tarixi boyunca toqquşmalar olmuşdur. Bu toqquşmalardan geriyə qalan və sonradan kəşf edilən şeylər isə olduqca diqqət çəkicidir. Bu gün tərk edilmiş silahlardan, su altındakı unudulmaz kəşflərə qədər ən diqqət çəkici və təəccübləndirici hərbi kəşfləri öyrənəcəksiniz.

Referans.az müharibələrdən qalma qeyri-adi qalıqaları araşdırıb.

FM2 Wildcat
Bəlkə də, bir çoxlarınız əvvəllər göllərin hərbi təyyarələrin gizlədildiyi yer olduğunu bilmirdiniz. Amerikadakı Michigan gölündə uğursuz bir hücum missiyasından sonra 70 ildən uzun bir müddətdir su altında qalan bir FM2 Wildcat təyyarəsi tapıldı. ABŞ tədqiqatçıları ikinci dünya müharibəsindən bu günə qədər hələ də suyun altında tam çürümədən qalan təyyarədən heyrana gəldilər. 1944-cü ilin dekabrında bir təlim missiyasına görə həmin təyyarə “New Jersey” limanına enməyi planlamışdı. Amma hədəfini vura bilmədi və göldə batdı. Qəzadan sağ çıxan polkovnik William Forbes bütün düşünülənləri rədd etdi və qəzanın səbəbini motorda baş vermiş bir nasazlığa bağladı.
Smith silahı
Böyük Britaniyadakı Fort Nelsonda mövcud olan Smith silahının günümüzə qalan bir neçə növündən biridir. Bu silah 1941-ci ildəki xaos dövründə İngilislərin Fransa müharibəsindəki dəhşətli yenilginin ardından alman istilasından qorxduğu və düşmən tanklarına qarşı təsirli qorumalardan zəif olduğu bir dövrdə hazırlanmış bir silahdır. Silah əllə hazırlanmışdı və dizayneri William Smith idi. Daşınması olduqca çətin olan bu silah yan tərəfə yatırıldığı zaman atəş açıla bilərdi.
Partladılmamış sursat
Vyetnam müharibəsi 1975-ci ildə son çatmasına baxmayaraq təsirləri ölkənin yaxasını buraxmır. təəccübləndirici təximnlərə görə torpağın altında hələ də partladılmamış 800 min ton sursat mövcuddur. Partladılmamış sursat olaraq adlandırılan bu qalıntılat günlük həyatlarına davam edən insan üçün ciddi bir təhlükə yaradır. 2021-ci ilin aprelində vyetnamda bir kənddə işləyən yerli xalq 340 kilo ağırlığında partlamamış bir bombaya rast gəldilər. Araşdırmalar zamanı məlum oldu ki, o, “M-117 Destuructor” adlı bir mina növüdür. Bu mina növü tankaları və digər iri çaplı silahları aşkar etdiyi zaman hərkətə keçir və hədəfini yox edir.скачать dle 12.1