Bia.Az

Məşhur filmin rejissoru vəfat etdi - FOTO

Dünya
 8-08-2023, 02:51     273

“The Exorcist” (1973-cü il) qorxu filmi ilə tanınan amerikalı kinorejissor və ssenarist Uilyam Fridkin 87 yaşında ABŞ-də vəfat edib.

Rejissorun dul arvadı Şerri Lansqin verdiyi məlumata görə, o, avqustun 7-də Los-Ancelesdə dünyasını dəyişib.

Qeyd edək ki, Fridkin iki dəfə “Qızıl Qlobus” və “Oskar” mükafatı laureatıdır. O, həmçinin “Fransız əlaqələndiricisi” (1971), “Kağız ay” (1973), “12 qəzəbli adam” (1997) kimi filmlərin yaradıcısı kimi tanınır.//Oxu.az

CfNLK18WQAAD4xu.jpg (20 KB)скачать dle 12.1