Bia.Az

Masallıda Vergi İdarəsinin qarşısında izdiham: Nə baş verir?

Cəmiyyət
 7-08-2023, 17:17     271

Axar.az xəbər verir ki, bu barədə Publika.az-a rayon sakinləri məlumat veriblər. Vətəndaşlar hər gün bu mənzərə ilə rastlaşdılarını bildiriblər:

“Adamlar sosial yardım almaq üçün Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən, mülkiyyətində olan kənd təsərrüfatı üçün nəzərdə tutulmuş pay torpağının vergisini, yəni 6 manat 09 qəpik ödəyib. Lakin təsdiq qəbzin ala bilmirlər.

Vergi İdarəsinin işçi sayı az olduğundan, insanlar saatlarla növbədə gözləyirlər. Vergilər Nazirliyi bu səlahiyyəti, yəni təsdiq qəbzinin verilməsini ASAN Xidmət və DOST mərkəzinə həvalə etmir. Bugünkü izdiham nəticəsində Masallı rayon 6 saylı Vergi İdarəsinin giriş qapısını sındırıblar”.


скачать dle 12.1