Bia.Az

Elşən Xəzər medianı TƏHDİD etdi: "Onlara elə qarğış..."

Cəmiyyət
 5-08-2023, 21:19     288

Xəbər verdiyimiz kimi, tanınmış meyxanaçı Elşən Xəzərin İrana casusluq ittihamı ilə saxlanılması məlumatı yayılıb.

“Qafqazinfo” xəbər verir ki, hüquq-mühafizə orqanları tərəfindən təsdiq edilməyən məlumat bir neçə dəqiqə sonra meyxanaçının özü tərəfindən də təkzib olunub.

Mütəmadi olaraq İrana casusluq etməsi ilə bağlı iddialar yayılan meyxanaçının özü ilə əlaqə saxladıq.

E.Xəzər saytımıza açıqlamasında yayılan məlumatların şayiə olduğunu, İranla bağlı məsələyə görə heç vaxt hüquq-mühafizə orqanlarına çağırılmadığını deyib:

“Həqiqətən də bir işi səhv etmiş olsaq, bizə deyərlər ki, bunu etməyin və ya cəzalandırarlar. İranla bağlı söz-söhbətə görə nə istintaqa çağırılmışam, nə sorğu-sual edilmişəm. Ölkədən çıxışıma da qadağa qoyulmayıb. Deyilənlər hamısı uşaq oyunudur.

Mən yüz yerdə konsertdə olmuşam - Rusiya, İran, Türkiyə və sair. Niyə ancaq İran deyirlər?

Biz danışmırıq deyə hər dəfə bir məlumat yayırlar. Elə şeylə üstümüzə gəlirlər ki, bu yaxşı şey deyil. Onlara elə qarğış edərəm alt-üst olarlar. Amma ayıbdır, etmirəm. Dediyim kimi, mən heç yerdə saxlanılmamışam və dindirilməmişəm”.скачать dle 12.1