Bia.Az

Həm Bakılı, həm də Ağsulu Şəhid ELŞƏN MÜSLÜMOVUN xatirəsinə həsr olunmuş “HƏR İKİ DÜNYADA CƏNNƏT MƏLƏYİM” kitabının təqdim olunması mərasimi… /FOTOLAR

Cəmiyyət
 5-08-2023, 17:13     316

Bu gün Yasamal rayonunun Heydər Əliyev Mərkəzində İkinci Vətən Müharibəsi Şəhidi Elşən Habil oğlu Müslümovun xatirəsinə həsr olunmuş “Hər iki dünyada cənnət mələyim” adlı kitabın təqdimat mərasimi keçirilib.

Kitab Elşən Abdullayev və Şəhanə Abdullayeva tərəfindən qələmə alınıb.
Etikxeber.az xəbər verir ki, saat 12:00-da başlayan və iki saata yaxın davam edən təqdimat nərasimində öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndilib.
Şairə Raziyə Kamilqızının aparıcılıq etdiyi tədbirdə sonra çıxışlar başlayıb.
Çıxışlarda kitabın ərsəyə gətirilməsindən, Şəhidin İgidliyi və Qəhrəmanlığından, keçdiyi 25 illik qısa, lakin şərəfli həyat və döyüş yolundan bəhs olunub.
Kitabın ərsəyə gətirilməsinə görə həm tədbir iştirakçıları, həm də Şəhidin ailə üzvləri, anası Şövqiyyə xanım tərəfindən hər iki müəllifə, eyni zamanda, təqdimat mərasiminə görə Yasamal rayon Heydər Əliyev Mərkəzinin rəhbərliyinə minnətdarlıq ifadə olunub.
Mərasimdə Şəhidin ailə üzvləri, Şəhid ailələri, Qazilər, Yasamal rayon İcra Hakimiyyətinin məsul şəxsləri, ziyalılar, Yasamal rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, əslən Ağsu rayonunun Kalva kəndindən olan Elşən Müslümov 1995-ci ilin 2 sentyabr tarixində Bakı şəhərinin Yasamal rayonunda dünyaya gəlib.
Ailənin iki övladından, iki qardaşdan biri olub.
Təhsilini 2002-2011-ci illərdə 286 saylı tam orta məktəbdə alıb.
2011-ci ildə Bakı Humanitar Kollecinin “Turizm və otellərin idarə olunması” fakultəsinə daxil olub.
Uşaq yaşlarından karate ilə məşğul və müəllimi dünya çempionu Eduard Məmmədov olub.
Kolleci bitirdikdən sonra, 2014-cü “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub.
Nümunəvi hərbi xidməti zamanı Çavuş rütbəsi ilə təltif edilib, həm manqa komandiri, həm də məxfi rabitəçi olub.
Təlimlər zamanı atıcılıq üzrə yüksək yer tutub.
Hərbi xidmətini 2016-cı ildə Fəxri fərman və təşəkkürnamə ilə başa vurub.
Sonra evinə, ailəsinə dönüb, müxtəlif sahələrdə çalışıb.
2020-ci ilin 21 sentyabr tarixində hərbi səfərbərliyə cəlb olunub, 6 gün sonra isə İkinci Vətən Müharibəsinə qatılıb.
Şərəfli döyüş yolu 12 gün çəkib və 8 oktyabr tarixində Suqovuşan istiqamətində Şəhidlik məqamına ucalıb.
Nəşi 5 gün sonra İkinci Fəxri Xiyabanda Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.
O, həm də ailəli, bir övlad-qız atası olub.
Abşeron rayonunun Hökməli kəndində Şəhidin adını daşıyan var.
Nur içində yatsın!

FOTOLAR:

***
скачать dle 12.1