Bia.Az

Putinin Türkiyəyə səfəri nə vəd edir - Azərbaycandan baxış

Gündəm
 5-08-2023, 11:10     308

Rusiya lideri Ərdoğanla görüş üçün tarixi səfərə hazırlaşır; masada Cənubi Qafqaz, Zəngəzur dəhlizi var...

Bir müddətdir Türkiyə ilə Rusiya arasında soyuqluq olmasına dair iddialar vardı. Bəziləri bunu Rusiya Prezidenti Putinin “Taxıl sazişi”nə dair Türkiyənin xahişlərini nəzərə almaması, bəzi ekspertlər İsveçin NATO-ya üzvlüyü məsələsi, bir qisim isə Rusiyanın Suriya, Afrika ölkələrinə dair siyasəti ilə əlaqələndirirdi. Habelə, soyuqluğu Türkiyənin “Azov” komandirlərini Zelenskiyə təhvil verməsinə bağlayanlar da var idi. Lakin görünən budur ki, hazırkı situasiyada hər iki tərəf münasibətlərin soyuqlaşmasında deyil, məhz inkişafında maraqlıdır. Xüsusilə Türkiyə qüdrətli və ciddi dövlət imicinə uyğun olaraq davranır və Rusiya ilə əməkdaşlıqda səmimi olduğunu göstərir.
“Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə bir neçə gün öncə telefonla danışması da bunu bir daha təsdiqləyir.  İki lider “Taxıl sazişi” haqda, regional proseslər barədə danışıblar. Prezident Ərdoğan Putinlə görüşündə “sülh körpüsü” hesab etdiyi Qara Dəniz Təşəbbüsünün uzun müddət fəaliyyət göstərməməsinin heç kimin xeyrinə olmayacağını vurğulayıb. Liderlərin telefon danışığında Putinin Türkiyəyə səfəri ilə bağlı razılığa gəlinib. Məlumata görə, səfər qısa müddət ərzində baş tutacaq və ilkin hazırlıqlar başlayıb. Putinin Türkiyə səfəri regional və qlobal proseslərə hansı təsiri göstərə bilər? Bu səfər zamanı hansı razılaşmaların olacağı, qərarların veriləcəyi gözlənilir? Cənubi Qafqazla bağlı hansı danışıqlar, anlaşmalar ola bilər? Azərbaycana hansı faydaları olacaq bu səfərin?
Ermənistanın məqsədi Laçın sərhəd buraxılış məntəqəsinin bağlanmasıdır - Xəyal  Bəşirov (ÖZƏL) - Azer.Press
Xəyal Bəşirov
Siyasi şərhçi Xəyal Bəşirovun qəzetimizə bildirdiyinə görə, görüşdə müzakirə mövzusu təkcə “Taxıl sazişi” olmayacaq. Analitik əmindir ki, bu, işin görünən tərəfidir, bir sıra prioritet mövzular müzakirə ediləcək: “Cənubi Qafqaz məsələsi heç də ”Taxıl sazişi"ndən az əhəmiyyət kəsb etmir. Rusiyanın bölgə üçün hansı çabalar göstərdiyini görməkdəyik. Əvvəla, Putinin müharibə dövründə nadir səfərlərindən biridir. Bundan əvvəl İrana getmişdi. Türkiyə isə NATO, Avropa deməkdir. Ona görə bu səfər ciddi siyasi hadisədir".
Ekspert hesab edir ki, hazırkı məqamda Türkiyə və Rusiyanı birləşdirən faktorlardan biri Cənubi Qafqazdır: “Bu görüş Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə təkan verəcək. Çünki üzbəüz görüşlər telefon danışıqlarından daha effektli olur. Fikrimcə, sülh sənədinin imzalanması ilə bağlı bir sıra nüansların müzakirəsi istisna deyil. İndiyə qədər liderlər, xarici işlər nazirləri səviyyəsində danışıqlar olub. Bu danışıqlarda Rusiya da ev sahibliyi edib. Amma həllini tapmayan məsələlər olub ki, bu haqda Ərdoğanla Putinin fikir mübadiləsi aparması mümkündür. Bundan əlavə, avropalı müşahidəçilər regiona yerləşiblər. Bu, Rusiyanı narahat edir, eləcə də Türkiyəni maraqlandıran addımlardır. Çünki Fransanın bu məsələdə rolu danılmazdır. O baxımdan görüşdə regional məsələlər danışılacaq. Həmçinin Orta Dəhliz vacib nəqliyyat kommunikasiyadır. Bu dəhliz həm də Zəngəzur koridorunun açılmasını şərtləndirir. Rusiya üçün Zəngəzur dəhlizi çox mühümdür. Ehtimal edirəm ki, bu məsələni də liderlər müzakirə edəcəklər”.//“Yeni Müsavat”скачать dle 12.1