Bia.Az

Azay Quliyevə AÇIQ KORRUPSİYA İTTİHAMI… – Pul ayrılıb və mənimsənilib…

Fakt
 4-08-2023, 19:52     636

DİA.AZ Samir Adıgözəllinin məlum ittiham dolu və həm də anons xarakterli açıqlamasını təqdim edir: “Hazırda bır sualla QHT Agentliyinə , Agentliyin Müşahidə şurasına, sədr Azay Quliyevə, icraçı direktor Aygun Əliyevaya üzümü tuturam:

Ötən il “Şuşa ili ” münasibətilə nəzərdə tutulmuş “Heydər Əliyevin Şuşa sevgisi ” adlı layihənin taleyi necə olub?


Bilirəm bu suala heç bırınız cavab verə bilməyəcəksiniz Odur ki , bu məsələ ilə bağlı qısa məlumatı ictimaiyyətə açıqlayıram .
“Heydər Əliyevin Şuşa sevgisi ” adlı layihəyə 35000 manat pul ayrılıb. Şuşada keçirilməsi nəzərdə tutulan tədbir keçirilməyərək saxta hesabatla ayrılan vəsait mənimsənilib.


Belə bır tədbirlə bağlı KİV də heç bır məlumat yoxdur.


Qeyd edım kı, mövzu QHT agentliyinin öz layihəsi olub.


Burada hansı formada saxtakarlıqlar həyata keçirildiyini faktlarla sübut edəcəm. Müvafiq dövlət qurumlarını məsələni ciddi araşdırmağa çağırıram”.


Göründüyü kimi, bu, başlanğıcdır… Hələ daha konkret və ağır ittihamlar irəlidədir…


Məsələ ilə bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq…скачать dle 12.1