Bia.Az

Azərbaycanda yeni medallar təsis edildi - SİYAHI

Cəmiyyət
 4-08-2023, 17:55     247

Azərbaycanda yeni medallar təsis edilib.

Musavat.com-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.

Beləliklə, dəyişikliklə "Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)", "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)", "Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)" və "Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993-2023)" ilə əlaqədar yubiley medalları təsis edilib.скачать dle 12.1