Bia.Az

Türkiyə Rusiya taxılını Afrikaya belə çatdıracaq – Ərdoğan açıqladı

Dünya
 4-08-2023, 17:49     254

Türkiyə Qara dənizlə Rusiyadan aldığı taxılı una çevirərək Afrika ölkələrinə göndərəcək.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayib Ərdoğan bəyan edib.

O, Türkiyənin Afrika ölkələrinə taxılın az çatması məsələsində Rusiya ilə eyni mövqedə olduğunu deyib:

“Biz Rusiya ilə eyni tərəfdəyik. Rusiyanın Qara dəniz dəhlizi ilə göndərdiyi taxılı biz üyüdüb un edəcək, daha sonra onu Afrikanın kasıb ölkələrinə, inkişaf etməkdə olan ölkələrə göndərəcəyik”.


Qeyd edək ki, Ərdoğan Rusiya taxılını una çevirərək Afrika ölkələrinə göndərmək təklifini ilk dəfə bu ilin yanvar ayında irəli sürüb.скачать dle 12.1