Bia.Az

Ağar: TIR-ların keçidinə imkan vermək olmaz! - Video

Cəmiyyət
 3-08-2023, 13:26     237

Ermənistan “humanitar vəziyyət”dən sui-istifadə edir. Lakin Azərbaycan onlara bu dəyərləri, prinsipləri istismar etməyə izn verməməlidir və verməyəcək də. Çünki bu, həm də bir dövlətin suverenlik haqqının pozulmasıdır.

Bu sözləri Axar.az-a türkiyəli hərbi ekspert Abdullah Ağar Ermənistan tərəfindən Xankəndiyə çatdırılması üçün göndərilən “humanitar yüklü” TIR-ların əsl missiyası haqqında danışarkən deyib.
Bu məsələdə bəzi boşluqların yarandığını vurğulayan hərbi ekspert Azərbaycanın ilk növbədə həmin boşluqları aradan qaldırmalı olduğunu bildirib:
“Ermənistan Azərbaycanın suverenliyini pozmağa cəhd göstərir. Amma sui-istifadə edilən bir mövzu var. Azərbaycan bununla bağlı yaranmış boşluğu və sui-istifadə məsələsini həll etməlidir. Ağdam tərəfindən təchizat yolunun açılması ilə bağlı məsələlər gündəmə gəlmişdi. Bu yol işlək vəziyyətə gətirilə bilər. Azərbaycan Ermənistana Xankəndidə yaşayan ermənilərdən istifadə etməyə icazə verməməlidir. Azərbaycan dəfələrlə elan edib ki, 1991-ci ildən öncə Qarabağda yaşayan hər kəs Azərbaycan vətəndaşıdır. Onların ehtiyacları Azərbaycan dövləti tərəfindən qarşılanacaq”.
O, Ermənistanın atdığı bu kimi addımların nəticəsiz qalmalı olduğunu diqqətə çatdırıb:
“Sui-istifadəni əngəlləmək üçün heç bir halda maşınların keçidinə icazə verilməməlidir. Oradakı faktiki vəziyyəti də düzgün idarə etmək və dəyərləndirmək lazımdır. Diqqəti bir sıra dəstəkləyici fəaliyyətlərə, açıqlamalara və alternativlərin dövrəyə girməsinə yönəltmək yaxşı olar. Bu, son dərəcə anlamlı və gərəkli ola bilər”.
Ağar həmçinin, Azərbaycanın istənilən vəziyyəti diplomatik yolla həll etməyə daha maraqlı olduğunu bildirib:
“Azərbaycan problemi diplomatik yollarla çözmək istəyir. Ancaq hərbi seçim həmişə var. Çünki ora Azərbaycanın öz suveren ərazisidir”.
Ekspert Azərbaycana qarşı beynəlxalq təzyiqlərin olacağını da istisna etməyib:
“Əlbəttə ki, Bakıya qarşı təzyiqlərin artacağı ehtimalı böyükdür. Azərbaycanı gözdən salmaq üçün müxtəlif intriqalar ortaya atacaqlar. Odur ki, bunları öncədən nəzərə almaq lazımdır.
Vəziyyətdən yararlanmaq istəyən ermənilər diasporu, beynəlxalq birlikləri, dünya ictimaiyyətini hərəkətə gətirmək istəyəcəklər. Bunlar olacaq və Azərbaycan qəti şəkildə güzəştə getməməlidir”.
скачать dle 12.1