Bia.Az

Azərbaycanda sərnişin avtobusu yanıb - VİDEO

Hadisə
 2-08-2023, 12:51     307

Sumqayıtda sərnişin avtobusu yanıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə 6-cı mikrorayon ərazisində, Novxanı istiqamətində gedən yolda qeydə alınıb. 
Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinə müaciət etdik. 
Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, avtobusun hərəkətdə olduğu zaman tüstülənərək mühərrik hissəsinin yanmağa başladığı müəyyən olunub.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən avtobusun digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.


скачать dle 12.1