Bia.Az

Azərbaycanda dağıdıcı zəlzələ OLACAQ? - AMEA-nın şöbə müdiri AÇIQLADI

Cəmiyyət
 1-08-2023, 22:52     257

Ötən həftə Lənkəranda 4.9 bal gücündə zəlzələ baş verdi. Sözügedən zəlzələ yerin 10 kilometr dərinliyində qeydə alınıb.

Son zamanlar ölkənin müxtəlif yerlərində və Xəzər dənizində müşahidə olunan bu tip zəlzələlər insanlar arasında daha yüksək ballı və geniş episentrə malik seysmik fəlakətlərin ola bilmə ehtimalını aktuallaşdırıb.


Mövzu ilə bağlı AMEA-nın Coğrafiya institutunun şöbə müdiri Ənvər Əliyev Referans.az-a danışıb.

“4 bala qədər olan zəlzələlər ölkəmizdə tez-tez baş verir. Bu tip zəlzələləri adətən seysmik stansiyalar qeydə alır. Azərbaycanın yerləşdiyi seysmik zonanın xüsusiyyətlərini nəzərə alsaq, 4 bala qədər olan zəlzələlərin baş verməsi əslində normaldır. Ancaq məsələ bundadır ki, bəzi tədqiqatçılar düşünür ki, 0-4 bal gücündə baş verən zəlzələlərin olması bir növ məqsədəuyğundur. Çünki bu cür zəlzələlər zamanı yerin altında olan təyziq qüvvələri bu vasitə ilə yerin səthinə çıxır. Bu cür təyziq qüvvələrinin birdən-birə daha güclü formada dağıdıcı olmasındansa, bu cür yüngül zəlzələlər formasında özünü göstərməsi daha təhlükəsizdir. Zəlzələ məkan və zaman olaraq öncədən müəyyən edilməsi mümkün olmayan bir hadisədir. Ancaq hər halda hər bir vətəndaş bilməlidir ki, Azərbaycanın yerləşdiyi coğrafi zona hansı xüsusiyyətləri daşıyır”.скачать dle 12.1