Bia.Az

Büdcənin yarım ili, proqnoz

İqtisadiyyat
 1-08-2023, 19:45     704

Maliyyə Nazirliyi 2023-cü ilin dövlət büdcəsinin icrası üzrə hesabat yayıb. Novator.az-ın məlumatına görə, rəsmi açıqlamada yarım ilin gəlirləri 15 milyard 479,9 milyon manat göstərilir: bunun 6 milyard 648,8 milyon manatı neft-qaz gəlirləri, 8 milyard 831,1 milyon manatı başqa gəlirlərdir.

Hesabata görə, yanvar-iyun aylarında büdcə xərcləri 14 milyard 63,3 milyon manat olub, 1 milyard 416,6 milyon manat artıqlıq yaranıb.
2023-cü ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 33 milyard 890,5 milyon manat olması gözlənir.

Xərclər üzrə proqnoz 36 milyard 624,8 milyon manatdır.скачать dle 12.1