Bia.Az

Aleksey Navalnıya qəribə QADAĞALAR

Dünya
 1-08-2023, 19:36     249

Rusiya müxalifətinin lideri, hazırda cəzasını ciddi rejimli həbsxanada çəkən siyasətçi Aleksey Navalnıya kriminal jarqon kimi qəbul edilə bilən rusca “xata” (daxma) və ya “krışa” (dam) kimi sözləri tələffüz etmək qadağan edilib.

Musavat.com xəbər verir ki, bu barədə onun instaqram hesabında məlumat yayılıb.

Navalnının sözlərinə görə, bu tip “kriminal” jarqonlar onun cəza kamerasına salınması üçün səbəb sayılacaq. Siyasətçi bu qaydanın ləğvi tələbi ilə Ali Məhkəməyə müraciət edib.

Navalnı məhbusların jarqon sözlərdən istifadəsinə qadağanın hələ SSRİ Daxili İşlər Nazirliyinin 1983-cü il tarixli qərarı ilə tənzimləndiyini bildirir. Sənədə istinad onun şikayətinə aldığı yazılı cavabda da yer alıb. Eyni zamanda, o, hansı sözlərin tələffüz edilə bilməyəcəyini bilmir. Çünki 1983-cü ilin sənədi məxfi xarakter daşıyır. Buna görə də rusiyalı müxalifətçiyə həmin jarqonların tam siyahısını verməkdən imtina ediblər.

Navalnı istehza ilə “Qunduzun evi haqqında qorxmadan danışa bilərsiniz. Bremen musiqiçilərinin mahnısına görə heç kim sizə toxunmayacaq. Məni isə buna görə cəza kamerasına salacaqlar” sözlərini yazıb.скачать dle 12.1