Bia.Az

Şah Abbası taxtda, Nadiri qundaqda görən…general Sevda Şirinova… – Ramiz Mehdiyevin oğlu, Teymur Mehdiyevlə Sevda Şirinova FHN-də nələr edir..?

Cəmiyyət
 1-08-2023, 19:00     374

Dilimizin çox zəngin folklor qatı var. Hər mövzu üçün  yetərli, sərrast ifadələr tapmaq olur. Bu gün Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti Baş idarəsinin rəisi, general-mayor Sevda Şirinova haqqında yazmaq istəyərkən, yadıma xalqımızın maraqlı deyimi düşdü.
 
Dilimizdə çox qoca, yaşı keçmiş, uzun ömür yaşamış adam haqqında yumorla işlədilən belə  bir ifadə var: Nadiri taxtda görüb, Süleymanı qundaqda… Bəzən belə də  deyirlər: Şah Abbası taxtda görüb, Nikolayı  qundaqda… Fərq etməz əsas odur ki, dəqiq və sərrast olsun.
Sözün düzü, general Sevda xanım Şirinovanın yaşı barədə söhbət açmaq istəmirik və bu bizim üçün önəmli də deyil. Bizim üçün maraqlı olan odur ki, Azərbaycanda 20 il, hətta 30 il yüksək vəzifələrdə oturan məmurlar var, bu cəmiyyətdə durğunluq yaradır, necə deyərlər cəmiyyətin gözünü “mazol”  edirsən… Belə kadrlardan biri də Sevda Şirinovadır.
Təsəvvür edirsiniz, bu xanım 2000-ci illərdən Dövlət Gömrük Komitəsində KADRO məsələlərinə baxıb və 2005-ci ildən bu günədək Fövqəladə Hallar Nazirliyində KADRO məsələlərinə baxır. Yəqin ki, Azərbaycanda KADR məsələlərinə baxmağın nə olduğunu bilməyən yoxdur… Yəni bütün pullar, təyinat üçün lazım olan 10 minlər, 100 minlər bu idarədən keçir. Bu bütün nazirliklərdə  belədir. İndi Sevda Şirinovanın Dövlət Gömrük Komitəsində, sonradan FHN-də KADR məsələlərindən qazandıqlarını təsəvvür edin.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Sevda Şirinovanın FHN-də ən yaxın adamlarından biri də FHN-də nazir müavini olan, Teymur Mehdiyevdir ( Ramiz Mehdiyevin oğlu). Bəli, FHN sistemində bir çox uğursuz kadrların təyinatı  bu iki şəxsin adı ilə bağlıdır. Heç uzağa getməyək. FHN ilə bağlı yayılan intim videolar bu qurum üçün əsl biabırçılıqdır və hazırda məhkəmə prosesi davam edir. Əgər  Sevda Şirinovanın yerinə başqa bir özünə hörmət qoyan kadr olsaydı, o biabırçılıqdan sonra ərizəsini yazıb işdən uzaqlaşardı. Çünki nazirlikdə kadr məsələlərinə Sevda Şirinova baxır. Bu hələ harasıdır..?
Adam iş yerində başının üstünə Çar Nikolayın portretin niyə assın ki? Bu general xanımda Nikolaya olan sevginin mənasını anlamaq çətindir… Bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti Baş idarəsinin rəisi, general-mayor Sevda Şirinovanın sevimli kadrlarından biri həbs olundu. Və məlum oldu ki, FHN-nin  Kadr siyasəti baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin sabiq baş zabiti, təqaüddə olan Qəzənfər (soyadını dəqiqləşdirə bilmədik) adlı şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Təsəvvür edirsiniz, bu adam “pojarnı”da işləyib və Sevda Şirinovanın sayəsində FHN-də….işə qəbul, işdən xaric, xususi rütbələrin verilməsi, cəza, mükafatlandırılma və s məsələlərə baxıb.   digər məsələlərlə bağlı əmrləri icra etmək, müvafiq şəxslər üzrə şəxsi işlərə qeydiyyat aparmaqdan ibarət olub.
Təsəvvür edirsiniz, dələduzun  birinə FHN-də bu boyda səlahiyyət verilib. Belə faktlar kifayət qədərdir.
Sözün qısası, Şah Abbası taxtda, Nadiri qundaxda görən, Sevda Şirinova kimi kadrları vəzifədən  uzaqlaşdırmağın zanmanı çoxdan çatıb. Həm də təkcə uzaqlaşdırmaq deyil, illər uzunu dövlətə və millətə vurduqları ziyanı ödəməklə…
P.S. Vaxt var idi Ramiz Mehdiyevə görə, jurnalistləri Dövlət Dəniz Adminstrasiyasının binasının qarşısındakı ofisə aparırdılar. Dövran dəyişib, cənablar! Gündəlik Bakıскачать dle 12.1