Bia.Az

GƏDƏBƏY RİH-NIN BAŞÇISI YOLA SALINIR? - İCRA BAŞÇISININ ANASI DOĞRUDANMI ERMƏNiDiR?

Cəmiyyət
 1-08-2023, 11:02     278

RİH-nin başçısı  Söyüdlü kənd sakinlərinə məxsus problemlər haqda məlumatlı olmur, amma kənddə 53 hamilə qadının olması haqda statistik məlumata malik olur.

Bir müddətdir ki, Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən olaylar ölkə gündəmini zəbt edən və əsas müzakirə olunan mövzulardan birinə çevrilib. Düzdür, bəlkə də ilk vaxtlarda kimlərsə, yaxud da hansısa vəzifə sahibləri və s. Söyüdlü kənd sakinlərinin ara-sıra baş qaldırdıqları haqlı etirazlarına gözucu baxırdılar. Amma, 20 iyun 2023-cü il tarixdə  sakinlərin ortaya qoyduqları qətiyyət, məhz bir çox mətləbləri tam çılpaqlığı ilə ortaya qoymağa imkan verdi. Məsələn, hadisələrin gedişatı onu göstərdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2022-ci il tarixli sərəncamı əsasında Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Orxan Mürsəlov, daşıdığı vəzifəsinin icraasına başladığı vaxtdan ötən on ay ərzində Söyüdlü kənd sakinlərinin üz-üzə qaldıqları problemlərlə bircə dəfə də maraqlanmayıb. O halda sual oluna bilər ki, bu şəxs ötən on ay ərzində nə kimi işlərlə məşğul olmuşdur, yaxud da kimə və ya kimlərə xidmət etmişdir? Baxmayaraq ki, 26 iyul 1986-cı il tarixdə anadan olan Orxan Mürsəlov 2010–2022-ci illərdə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində və Ərazi-təşkilat məsələləri şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır.Yəni, bu şəxs Gədəbəy RİH-nin başçısı vəzifəsinə təyin olunduqdan az sonra, müəyyən çevrələrdə belə bir fikir formalaşmışdı ki, bu şəxs bir qədər gənc olsa da, idarəçilik sahəsində kifayət qədər iş təcrübəsi olan vəzifə sahibidir. Amma, bu heç də belə olmadı və atalar demişkən “Sən saydığını say, gör fələk nə sayır” deyimi çox keçmədi ki, öz təsdiqini tapdı. Belə ki, məlum Söyüdlü hadisələri zamanı  Orxan Mürsəlovun RİH-nin başçısı olaraq ortaya qoyduğu mövqe, bəzi telekanallara verdiyi açıqlamalar və s. onu göstərdi ki, bu şəxs idarəçilik sahəsində, vətəndaşlara qarşı yanaşmada, hətta söylədiyi açıqlamalarında olduqca zəif, olduqca savadsız bir şəxsdir. Bir anlığa diqqət yetirək ki, RİH-nin başçısı Orxan Mürsəlov 20 iyun 2023-cü il tarixdə baş verən olaylara münasibət bildirərkən bunları qeyd edir: “Söyüdlü kəndi ərazisində yaradılan süni göl 11 ildir ki, fəaliyyət göstərir. Bu günə qədər həmin göllə bağlı bizə heç bir şikayət daxil olmayıb. Bu gün isə sakinlər gölün fəaliyyəti ilə bağlı narazılıqlar səsləndirirlər. Səsləndirilən iddialar isə sadəcə dedi-qodu xarakteri daşıyır. Göl rəsmi olaraq fəaliyyət göstərir, heç bir qeyri-qanuni fəaliyyətdən söhbət gedə bilməz. Vaxtaşırı göl nəzarətdə saxlanılır, texnikalar vasitəsilə gölün yerləşdiyi torpaq təzələnir, lazımi işlər görülür. Biz lazım gələrsə sakinlərin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə narazılığa səbəb olan gölə baxış keçirə bilərik. Həmçinin gölün sakinlərin sağlamlığına vurduğu ziyanla bağlı səsləndirilən iddialar da əsassızdır. Bunu aidiyyəti qurumların rəsmi məlumatları da təsdiqləyə bilər. İddialara görə hamilə qadınlar gölün yaratdığı səbəblərdən doğuş problemləri yaşayırlar. Doğuş problemləri ilə bağlı problem yaşanmır. Hazırda kənddə 53 hamilə qadın var və onların bu məsələ ilə bağlı bizə heç bir müraciəti daxil olmayıb”.

Orxan Mürsəlov:  “kənddə 53 hamilə qadın var”

 Hörmətli oxucular! Bütün bunlar təqribən 100482 nəfərə rəhbərlik edən Gədəbəy RİH başçısının ayrı-ayrı media qurumlarına verdiyi açıqlamaların varlığıdır. Diqqət yetirək ki, bu şəxs ifadə etdiyi açıqlamalarında vurğulamışdı ki, “Bu günə qədər həmin göllə bağlı bizə heç bir şikayət daxil olmayıb. Bu gün isə sakinlər gölün fəaliyyəti ilə bağlı narazılıqlar səsləndirirlər. Səsləndirilən iddialar isə sadəcə dedi-qodu xarakteri daşıyır. Göl rəsmi olaraq fəaliyyət göstərir, heç bir qeyri-qanuni fəaliyyətdən söhbət gedə bilməz”. Əgər RİH-nin başçısı Orxan Mürsəlovun dedikləri həqiqət idisə, o halda sual oluna bilər ki, 20 iyun 2023-cü il tarixdə baş verən olaylara səbəb nə idi?  Yaxud da, Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın qərarı əsasında, niyə qızıl emalı zavodunun fəaliyyətinin müvəqqəti dayandırılması təklif olunub?. Digər tərəfdən, Söyüdlü kəndi ərazisində ikinci süni gölün yaradılması qərarı niyə ləğv olundu? Bundan əlavə, Orxan Mürsəlov verdiyi açıqlamasında onu da qeyd etmişdi ki, “Göl rəsmi olaraq fəaliyyət göstərir, heç bir qeyri-qanuni fəaliyyətdən söhbət gedə bilməz. Vaxtaşırı göl nəzarətdə saxlanılır, texnikalar vasitəsilə gölün yerləşdiyi torpaq təzələnir, lazımi işlər görülür”. O halda ortaya başqa bir sual da çıxır ki, əgər RİH-nin başçısı Söyüdlü kəndi ərazisində heç bir problemin varlığını görmürdüsə, bəs səbəb nə oldu ki, Baş Nazir cənab Əli Əsədovun Sərəncamı ilə tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradıldı?. Deməli, bu cür açıqlamaları ictimaiyyətin diqqətinə çatdıran icra başçısının söylədikləri boş-boş “vozdux”dan başqa bir şey deyilmiş. Orxan Mürsəlovun “Doğuş problemləri ilə bağlı problem yaşanmır. Hazırda kənddə 53 hamilə qadın var və onların bu məsələ ilə bağlı bizə heç bir müraciəti daxil olmayıb” açıqlaması, məhz bu şəxsin həkim-ginekoloq ixtisasına olduqca həvəsli şəxs olması faktını da ortaya çıxartdı. Maraqlıdır ki, bu şəxs RİH-nin başçısı olaraq Söyüdlü kənd sakinlərinə məxsus problemlər haqda məlumatlı olmur, amma kənddə 53 hamilə qadının olması, doğuş zamanı heç bir problemin yaşanmaması haqda dəqiq statistik məlumata malik olur. Bütün bunlar da ortaya bir çox düşündürücü sualların çıxmasına səbəb olur.


Gədəbəydən olan bəzi gədəbəylilərin yanaşmaları haqda əksəriyyət  necə düşünür?

     Baş verən olayların fonunda əslən Gədəbəydən olan bir çox şəxslərin ortaya qoyduqları mövqe, bu gün də tam əksəriyyəti düşündürməkdədir. Daha biabırçı hal o oldu ki, bu rayonda doğulub boya-başa çatan bəzi vəzifə sahibləri, üzdə olan bir çox tanınmış simalar və s. Söyüdlü kənd sakinlərinin haqlı mübarizələrini müdafiə etmək əvəzinə, Orxan Mürsəlovun çevrəsində yer aldılar, hətta kənd sakinlərinin haqlı mübarizələrinə müxtəlif don da geyindirdilər. Amma, həmin şəxslər onu unutdular ki, Gədəbəy gədəbəylilərin dədə-baba torpağıdır və hər bir sakinin, o cümlədən Söyüdlü kənd sakinlərinin haqlı mübarizələrinə dəstək olmaq gədəbəylilərin əsas vəzifəsidir. RİH-nin başçısı Orxan Mürsəlov bu gün və yaxud da sabah daşıdığı vəzifəsindən gedə bilər, gədəbəylilərə qalan yenə də Gədəbəy olacaq. Görəsən o halda həmin şəxslər “Mən də gədəbəyliyəm” deməklə, hansı haqdan, hansı ədalətdən ağızdolusu danışa biləcəklər?.

Gədəbəy RİH-nin başçısı sahibkarlara niyə qənim kəsilib?

Bu şəxsin rayon rəhbərliyinə təyinatından sonra çoxları elə düşünürdü ki, Orxan Mürsəlov yerli sahibkarlarla əməkdaşlığa meylli olacaq və onlara lazımi dəstəyini də ifadə edəcək. Amma, bu heç də belə olmadı. Məsələn, söylənilənlərə görə RİH-nin başçısı rayon ərazisində balıq gölü yaratmağa çalışan, turizmin inkişafına dəstək olmaq istəyən və s. kimi şəxslərə bu gün də “badalaq” gəlməklə məşğul olur. Deməli, ölkə rəhbəri tərəfindən sahibkarlığın inkişaf etdirilməsi məqsədilə verilən tapşırıqlar və s. məhz bu şəxs üçün o qədər də əhəmiyyət kəsb etmir. Əgər əhəmiyyət kəsb etsəydi, o halda o, lazımi addımlarını atıb konkret mövqeyini ortaya qoyardı. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

P. S. Hörmətli oxucular! Yaxın vaxtlarda sizi daha sensaion məlumatlarla, o cümlədən yeni vəzifələrə təyin olunmuş şəxslərin Orxan Mürsəlovla olan ilişgilərindən və digər olaylardan bəhs edəcəyik. Bizi izləməyi unutmayın.

Deryaz.az

скачать dle 12.1