Bia.Az

Ağsu Qaz İstismar İdarəsinin müdiri REKETCİLİK EDİR? - ŞİKAYƏT

Fakt
 1-08-2023, 11:52     821

Ağsu şəhər sakini Mirzəzadə Orxan Mahir oğlu BİA.az-a müraciət edərək Ağsu Qaz İstismar İdarəsinin  müdiri Həbib Quliyev şikayət edir.

Şikayəti olduğu kimi təqdim edirik:

"Agsu rayonu Babək kucəində yaşayiram. Agsu Azerqazin basıma getirdiyi oyunu və muduri Hebib deyilen sexsin firildagna baxın. O, 2022-ci ilin dekabır ayında xebersiz smart kart qaz sayagacımı dəisərək mexaniki qaz sayagacıyla əvəzləyib, abunet kodumu itirdiklərini deyərək 2023-ci ilin mart ayinin 28-ə qədər meni firlatdilar. 3 ay mudətində mən pul odəyib qazı işlətdim, amma  bilmədim mart ayında abunent kodumu filifilo edərək tapıb verdilər yaninda da 400 manat qaza borc. Halbu ki, mƏnim smart kartla qaz sərfiyatm qıs aylarında maksimum 30 manat, yay aylarında 3 manat olub. Nə ise uzatmadim dedim hissə-hissə odəyərəm, mənimlə cox asanligla razilasdi Hebib müəllim. Amma bir nece aydan sonra planını bilmirdim, bu ay 3 manat qaz serfiyati etmişən amma 70 manat pul odəmişəm. Bu gun qazIn isciləri gelib ki, Həbib göndərib qazı kəsməliyik. Səbəb soruşanda qaza borcunu tam ödəməlisən deyirlər. Bu haqsız reketclik edən Həbib adli səxsə "dur" deyən lazımdır. Sadəcə Allahı tanıyan məsul vəzifəlilərdən xahişim odur ki, mənim sayagacımı smart kartla əvəz edilməsinə koməklik etsinlər. Dəfələrlə Həbib müəllimin yanına getsəm də məni səs-küy salaraq otagdan qovub, bu allahsızlıgı hec kim götürməz! İnanıram ki, Azeriqazın rəhbərliyi tez bir zamanda mənim şikayətimə baxıb bu məsələyə bir əncam cəkəcək."


BİA.az
скачать dle 12.1