MOSKVANIN MƏRKƏZİNƏ PUA HÜCUMU - Dron yaşayış binasına çırpıldı (Yenilənib)
Rusiyanın paytaxtı Moskva şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib. Belə ki, PUA “Moskva-Siti” yaşayış kompleksində yerləşən binalardan birinə çırpılıb.
Hadisə nəticəsində binanın mühafizəçisi xəsarət alıb.
Qeyd olunur ki, mərkəzlə yanaşı Moskvanın bir sıra rayonları da PUA hücumuna məruz qalıb.
***
Moskva vilayətində hava hücumundan müdafiə qüvvələri paytaxta pilotsuz uçuş aparatlarının hücumlarını dəf edib.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, iki dron Moskva vilayətinin qərbində vurulub.