Bia.Az

Putinyönlü mətbuatın YouTube-dakı müəmmalı fəaliyyəti - 10 milyondan çox...

Dünya
 31-07-2023, 02:42     267

Müharibə başlayandan sonra “Youtube” platforması Kremlin təbliğatını yayan on minlərlə videonu silib və Rusiya dövlət nəşrlərinin hesablarını bloklayıb. Birinci Kanal, RT, RİA Novosti, VGTRK, Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin kanalları məhdudlaşdırılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bütün bunlara rəğmən bəzi kremlyönlü kanallar sanksiyalardan yayınmağa müvəffəq olub. Rusiyanın mühacir mətbuatının məlumatına görə, onlar platformadan kənarlaşdırılmamaq üçün hiyləgər üsullara əl atıblar.

Məsələn Vladimir Putinin sevimli qəzeti sayılan “Komsomolskaya Pravda” kanalı hələ də YouTube-da fəaliyyət göstərir. KP hesabının 1,25 milyon abunəçisi var. Həmin kanalda Ukrayna Silahlı qüvvələrinə qarşı sovet üsulları ilə əks-təbliğat aparılır.

Rusiya Federasiyasının ən populyar 5 mediasından biri olan “Moskovski Komsomolets” qəzetinin də kanalı bloklanmayıb. Düzdür, YouTube-da MK hesabına cəmi 33 min nəfər abunə olub. Qəzet “xüsusi əməliyyat” mövzusundan yayınmağa çalışır, lakin məsələn, “ekspertlərin” ağzından ABŞ-ı tənqid edir.


Kremlin qara təbliğat vasitələrinin də kanalları yerində qalır. Buraya “Lenta.ru”, “Arqumenti i Faktı”, “news.ru”, “Regnum” və s. daxildir.
Ekspertlərin fikrincə, bu həm də “YouTube”un sadəcə olaraq bir çox təbliğat hesablarının mövcudluğundan xəbəri olmaması ilə bağlıdır.скачать dle 12.1