Bia.Az

Bu rayon sakinlərinə xəbərdarlıq EDİLDİ: saat 09:00-dan ETİBARƏN...

Bölgə
 31-07-2023, 02:33     995

İyulun 31-də Şamaxı rayonunun bir hissəsində, Ucarda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Musavat.com-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Qeyd edilir ki, Şamaxı şəhəri daxil olmaqla, rayonunun 1 qəsəbəsinin və 13 kəndinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə 31.07.2023-cü il tarixində saat 09:00-dan işlər başa çatanadək “Şamaxı” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Həmçinin görüləcək təmir işləri ilə əlaqədar 31.07.2023-cü il tarixində saat 09:00-dan “Ucar” ölçü qovşağından qidalanan “Əhali” orta təzyiqli qaz xəttindən və “Lək” QPS-dən qidalanan “Lək 1-ci xətt” ölçü qovşağından da qaz təchizatının dayandırılması planlaşdırılır.


Təmir işləri planlaşdırılan müddətdə Şamaxı rayonunun bir hissəsinin, Ucar rayonu üzrə əhali qrup istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.скачать dle 12.1