Bia.Az

Ürək və təzyiq xəstələrinə CİDDİ XƏBƏRDARLIQ - Yay aylarında...

Hadisə
 30-07-2023, 18:29     323

Türkiyənin məşhur kardiologiya mütəxəssisi Musa Bulut yay aylarında havaların həddindən artıq isti keçməsi ilə əlaqədar ürək və hipertoniya xəstələrinə xəbərdarlıq edib.

Musavst.com "CNN Türk"ə istinadən xəbər verir ki, həkim ürək və hipertoniya xəstələrinin yay aylarında istifadə etdiyi sidikqovucu dərmanların bədəndə maye itkisinə səbəb olacağını bildirib.

Havaların çox isti olduğunu bildirən kardiologiya mütəxəssisi xəbərdarlıq edib:


"İstilik ilə tərləmə artacağı üçün əlavə maye itkisi baş verəcək. Bu müddət ərzində dərmanları yeniləməli və dərman dozalarını azaltmalıyıq. Qışda verdiyimiz müalicə ilə yayda etdiyimiz müalicə arasında fərqlər var. Qışda müayinəyə gələn pasiyentlərimiz yayda da gəlməlidir. Müayinəyə gəlməsələr, üstəlik, bədəndə maye çatışmazlığı yaransa, yorğunluq, ayağa qalxarkən başgicəllənmə və böyrək problemləri yarana bilər".скачать dle 12.1