Bia.Az

Binəqədidə vətəndaşa necə ZÜLM EDİLİR... - BU NƏDİ BELƏ?

Sosial
 29-07-2023, 12:04     375

"Binəqədi rayon icra hakimiyyəti, araşdırılmasına və qarşısının alınmasına ciddi ehtiyac duyulur".

DİA.AZ bildirir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı Binəqədi rayonu İH rəhbərliyinə xitabən bildirir.

NHMT sədri daha sonra qeyd edir: "Neftli ərazilər hələ sovet vaxtından əhaliyə satılırdı.Bu "alqı satqı" sahə müvəkkili və ərazidə yerləşən neftqaz çıxarma idarələrinin rəis müavinləri vasitəsilə həyata keçirilirdi. Bu ərazilərdə yaşayan əhali isə uzun illərin korrupsiya qurbanlarıdır!
- Samirə Almuradova uzun illərdi ki, Binəqədidə, mədən ərazisində , Binəqədi ƏŞ ,1-ci mədən 10 - cu korpus ,ev 220-də yaşayır.
Çıxarış yoxdur, bələdiyyə sənədi var neft ərazisi olduğu üçün. Evinin damının təmirə ehtiyacı var. Uça bilər. Usta çağırıb ki,damı təmir etsin. Binəqədi İcra hakimiyyətinin "xüsusi təyinatlıları"( sənəd təqdim etmədən) və özlərini SOCAR "işçisi" kimi təqdim edən( sənəd təqdim etmədən) "qoçu" qrupu icazə vermir, "kağız" tələb edir. Niyə?

1. Ərazi SOCAR-a məxsusdur,
2. Bu ərazidə çoxlu sayda evlər necə tikilib,hansı "kağız" hesabına?
3.Ərazidə çoxdan mövcud olan evin damının təmir olunmasından sizə nə?
4.Bu "dəstəyə" xüsusi səlahiyyətləri kim verib, yaxud hal hazırki fəaliyyətləri onların vəzifə səlahiyyətlərinə aiddirmi?
Qeyd: Orda məskunlaşmış əhali deyir ki, hansı qurumsa arada tikinti materialları töküb deyirlər ki, burda quyu (yalansa quyuda boğulasınız) qazırıq .İnsanlardan "kağız" alıb gedirlər. Dələduzluq yoxsa?.,
Elə çullu dövşan axtarırlar ki, nalını söküb buraxsınlar..."

Məsələ ilə bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq.скачать dle 12.1