Bia.Az

İcra başçısının qardaşını öz oğlu qətlə yetiribmiş- ŞOK DETALLAR

Hadisə
 28-07-2023, 10:28     327

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətlə yetirilməsi məlum olub.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, polisin həyata keçirdiyi əməliyyat tədbirləri ilə cinayətin üstü açılıb və Azər Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

Məlum olub ki, Azay Qaraşov atasını qətlə yetirdikdən sonra əməlini ört-basdır etməyə çalışıb.

Qeyd edək ki, ilkin olaraq hadisənin intihar olduğu bildirilirdi.


 Qaraşovlar ailəsi isə Azər Qaraşovun ehtiyatsızlıq səbəbindən aldığı güllə yarasından vəfat etdiyini iddia edirdi.скачать dle 12.1