Bia.Az

“Faytonçu” Nazim: “Dövlətdən 1000 manat yardım aldım” - VİDEO

Cəmiyyət
 27-04-2020, 13:55     342

“Faytonçu” Nazim: “Dövlətdən 1000 manat yardım aldım” - VİDEO“Hamı bilir ki, biz müğənnilər vergi ödəyicisiyik. Fərdi sahibkar kimi Vergilər Nazirliyindən rəsmi qeydiyyatdan keçmişik. Koronavirus səbəbindən dövlət sahibkarlara yardım etdi. O yardımdan mənə də pay düşdü”.

bia.az xəbər verir ki, bunu ARB TV-də yayımlanan “Hüseynova bacıları” proqramında şou-biznesdə “Faytonçu” təxəllüsü ilə tanınan müğənni Nazim Pişiyari deyib.

O, dövlətdən 1000 manat yardım aldığını diqqətə çatdırıb:

“Mən dövlətdən 1000 manata qədər kömək aldım. Mənim kimi digər həmkarlarım da vergi ödəyicisidirsə, dəstək alıblar”.
скачать dle 12.1