Bia.Az

Bu ölkələr Putini saymır

Dünya
 26-07-2023, 18:33     246

Qarşıdan gələn Rusiya-Afrika sammitində 54 Afrika ölkəsindən yalnız 17-si dövlət başçısı səviyyəsində təmsil olunacaq. 10 Afrika ölkəsinin nümayəndə heyətlərinə baş nazirlər rəhbərlik edəcək. Sammit iştirakçılarının demək olar ki, yarısı daha aşağı səviyyədə nümayəndə heyətləri göndərib. Onlardan 17-nə baş nazirin müavinləri və nazirlər rəhbərlik edir, 5-i səfirlər vasitəsilə təmsil olunacaq, daha 5 dövlət isə tədbirdə iştirakdan imtina edib.

Musavat.com xəbər verir ki, bu barədə “The Moscow Times” yazır.

Bu arada, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Oleq Ozerov “RİA Novosti”yə müsahibəsində bütün Afrika dövlətlərinin başçılarına sammitə dəvətlərin göndərildiyini bildirib. Onun sözlərinə görə, Moskvada tədbirə gəlməmək qərarı verənlərə anlayışla yanaşırlar.
Vladimir Putin sammitə gələn hər bir Afrika lideri ilə görüşəcək.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun bildirdiyinə əsasən, Vladimir Putinin Misir, Mozambik, Burundi, Zimbabve, Uqanda, Eritreya, Mərkəzi Afrika Respublikası, Liviya, Kamerun, Seneqal, Cənubi Afrika Respublikası, Burkina-Faso, Qvineya-Bisau, Mali, Konqo liderləri ilə danışıqlar aparması planlaşdırılır.
“İyulun 28-də Putin sammitdə çıxış edəcək və bütün dövlətlərin “çoxqütblülük və bərabərlik” prinsipinə əsaslanan “yeni dünya düzəni”nin formalaşmasından danışacaq”, - deyə Uşakov bildirib.
Qeyd edək ki, bu günlərdə Putin Rusiya-Afrika dostluğunun “güclü və dərin köklərindən” bəhs edən məqalə yayımlayıb və burada Afrika ölkələrinə SSRİ dövründə göstərilən iqtisadi və texniki yardımları xatırladıb. Bundan başqa, Kreml rəhbəri Afrika ölkələrinə yeni dünyada layiqli yer vəd edib.
Xatırladaq ki, Rusiya-Afrika sammiti ikinci dəfədir keçirilir. Bunlardan birincisi 2019-cu ildə Soçidə baş tutub. Həmin vaxt heç bir ölkə dəvətdən imtina etməyib , 45 ölkə isə prezident və baş nazir səviyyəsində təmsil olunub.
4 il əvvəl Soçidə keçirilən birinci sammitdə Rusiya prezidenti Afrika ölkələrinə ticarət dövriyyəsini iki dəfə, yəni 40 milyard dollara qədər artıracağını vəd etmişdi. Lakin faktiki olaraq ticarətin həcmi artmayıb, əksinə, 18 milyard dollara qədər azalıb. Putin bu rəqəmi bu yaxınlarda dərc olunmuş məqaləsində də qeyd edib.
“Üstəlik, Afrikaya gələn xarici sərmayənin yalnız bir faizi Rusiyanın payına düşür. Hətta Mavriki adası Afrikaya Rusiyadan çox daha çox sərmayə qoyub”, - deyə “Fortune” jurnalı yazır.скачать dle 12.1