Bia.Az

Qarabağda qanlı savaş gözlənir – Politoloq Rusiyanın addımları haqda mühüm detalları açdı

Gündəm
 26-07-2023, 18:29     316

Xəbər verdiyimiz kimi, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 25-də Moskvada xarici işlər nazirlərinin iştirakı ilə keçirilən üçtərəfli görüşü şərh edib. O, deyib ki, “Nə Brüsselin, nə də ABŞ-ın vasitəçiliyi Cənubi Qafqazda sülhlə nəticələnmədi”. Zaxarova sülh prosesinin uzanmasında NATO-nu günahlandırıb.

“Bu qüvvələr harada görünürlərsə, orada sabitliyi pozurlar. NATO ölkələrinin, xüsusilə ABŞ və Türkiyənin Cənubi Qafqaza böyük maraq göstərdiyini müşahidə edirik. Əminik ki, alyansın müdaxiləsi regionda sabitliyin pozulmasına səbəb olacaq və sülh müqaviləsinin imzalanmasını uzun müddətdə ləngidəcək” – Zaxarova deyib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Azad Demokratlar Partiyasının sədri (AzDP), təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər deyib ki, Zaxarovanın şərhi Kremlin narahatlığının göstərir:
“Rusiya ABŞ-ın, Aİ-nin sülh təşəbbüsünü ələ almasından, NATO-nun Cənubi Qafqaza müdaxiləsindən, Türkiyənin aktivliyinin artmasından narahatdır.

Sülhəddin Əkbər
Rəsmi Moskva anlayır ki, proses bu tempdə davam etsə, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi qısa zamanda imzalancaq. Bu baş versə Rusiyanın Cənubi Qafqazdakı varlığı təhlükəyə düşəcək.
Kreml buna görə bir müddətdir Brüssel və Vaşinqtona qapdırdığı sülh təşəbbüsünü geri qaytarmağa çalışır. Hesab edirəm bu proses yaxın zamanda Ermənistan ilə Azərbaycan arasında yeni qanlı savaşın başlamasına gətirib çıxara bilər”.скачать dle 12.1