Bia.Az

“Fatih Terimə Azərbaycandan təklif var”

İdman
 26-07-2023, 17:52     618

“Qalatasaray” və Türkiyə millisinin sabiq çalışdırıcısı Fatih Terim Azərbaycanda işləyə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Qalatasaray”ın sabiq forvardı Necati Ateş Türkiyə mətbuatına açıqlamasında bildirib:

“Fatih Terimə Azərbaycan və Qətərdən təklif var. İtaliyadan da ola bilər. Hər halda, “Fiorentina”nın əfsanəsindən söhbət gedir. İstənilən an təkliflərdən birini qəbul edib, işə başlaya bilər”.


69 yaşlının son iş yeri “Qalatasaray” olub.скачать dle 12.1