Bia.Az

Ermənistandan Qarabağa hərəkət başladı: 19 dolu tır – FOTO/VİDEO

Dünya
 26-07-2023, 16:55     231

Ermənistan hökuməti Qarabağa 400 ton həcmində humanitar yük daşıyan 19 tırın Qarabağ doğru yola düşdüyünü açıqlayıb.

Globalinfo.az xəbər verir ki, tırların Azərbaycala şərti sərhəddə, Laçın sərhəd-buraxılış məntəqəsinə gələcəyi bildirilib.

Ermənistan bu məsələdə israrlı olduğunu və tırların Azərbaycana buraxılmasını tələb etdiyini deyir. Yük maşınlarının Zəngəzurdan keçərək artıq sərhəd-buraxılış məntəqəsinə çatmaq üzrə olduğunu əks etdirən görüntülər yayılıb. Yüklərin rus sülhməramlıları vasitəsilə Qarabağa ötürülməsi planlaşdırılıb.

Bəziməlumatlara əsasən, tırlarda olan əraz və tibbi ləvazimatların arasında, tərkibində narkotik olan dərman vasitələrinin də daşındığı iddia olunur.

Bakı isə Qarabağın erməni sakinlərinə humanitar yardımların sadəcə Ağğdamdan göndərilə biləcəyini vurğulayır. Yaxın saatlarda Ermənistanın israrlı mövqeyi səbəbilə sərhəddə toqquşma riskinin olduğu deyilir.


скачать dle 12.1