Bia.Az

Prokurorluqda “özünə qəsd edən” Turalə ilə bağlı ŞOK SƏS YAZISI – İLK DƏFƏ

Cəmiyyət
 26-07-2023, 16:52     265

Mingəçevir şəhər Prokurorluğunda intihar etdiyi deyilən 32 yaşlı Turalə Aslanova ilə bağlı səs yazısı üzə çıxıb.

Bu barədə Globalinfo.az-a Turalə Aslanovanın valideynləri məlumat verib.

Mərhumun anası iki gün öncə saytımıza verdiyi açıqlamada bildirmişdi ki, Cəlal adlı şəxs Vüsalə adlı qadına zəng edərək Turalənin üzünə durmasını istəyib.

Sitat: “Bunlar (Kəmalə Quliyeva, Cəlal, Füzuli və digərləri) birləşib gediblər Turalənin köhnə iş yoldaşlarına deyiblər ki, Turalənin üzünə durun. Onlar razı olmamışdılar. Amma bizdə Vüsalə adlı qızla olan səs yazısı var. Cəlal orada deyir, “get, Turalədən şikayət elə, üzünə dur, Kəmaləgil sənə 50 minlik avtomobil verəcəklər”. Qız razı olmayıb”.

Bundan başqa, ana bildirib ki, Vüsalə adlı qadın Cəlal adlı kişi ilə danışan zaman qarşı tərəfin fikirlərini öyrənə bilməsi üçün yalandan razılaşdığını deyib.

Globalinfo.az həmin səs yazılarını təqdim edir:


Qeyd edək ki, 32 yaşlı Turalə Aslanovanın Mingəçevir şəhər Prokurorluğunda intihar etdiyi iddia edilir. Ailəsi isə onun öldürüldüyündən şübhələnir. Xatırladaq ki, Turalə Aslanovanın 413 min manat məbləğdə pulu mənimsədiyi deyilir. Lakin valideynlər bildirirlər ki, vəsaitin mənimsənilməsində başqa adamların əli var, Turalə isə bu işdə qurbandır.
Zaira Akifqızı
Globalinfo.azскачать dle 12.1