Bia.Az

Günün ikinci şoku: daha bir əsgərimiz özünü güllələdi

Hadisə
 26-07-2023, 15:57     372

Azərbaycanda əsgər özünə qəsd edib.

Axar.az Unikal-a istinadən xəbər verir ki, hadisə Laçın rayonunda qeydə alınıb.

Belə ki, Qazax rayonu Daş Salahlı kənd sakini, 2004-cü il təvəllüdlü əsgər Telman Məhəmməd oğlu Eyyubov özünü güllələyərək öldürüb.


Qeyd edək ki, bundan öncə Hərbi Prokurorluq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İlkin Elbrus oğlu Ələkbərovun odlu silahdan atəş açaraq, özünü öldürməsi barədə məlumat yayıb.скачать dle 12.1