Bia.Az

SON DƏQİQƏ! Ərdoğandan açıqladı, Türkiyənin hədəfi BƏLLİ OLDU - 2023-cü ildə...

Dünya
 25-07-2023, 18:54     250

"Allaha şükürlər olsun ki, illərdir əzmlə həyata keçirdiyimiz milli texnologiya həmlələrimizin bəhrələrini müxtəlif sahələrdə almağa başladıq".

Musavat.com xəbər verir ki, bu sözləri bu gün İstanbulda açılacaq IDEF'23 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi ilə bağlı videomüraciət edən Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyə bir çox maneələrə və açıq embarqolara baxmayaraq, müdafiə sənayesini inkişaf etdirməyə böyük əhəmiyyət verib:

"Türk müdafiə sənayesi sektoru son illərdə bütün dünyanın heyranlıqla izlədiyi uğur hekayəsi yazmaqdadır. Sənayemiz zirehli texnikası, artilleriyası, raketləri, hava hücumundan müdafiə sistemləri, münaqişə zonalarında sınaqdan keçirilmiş çoxlu sayda silah və radar sistemləri ilə özünü doğruldub. Quruda, havada və dəniz nəqliyyatında, demək olar ki, bütün ehtiyaclarımızı yerli və milli imkanlarla qarşılaya bilərik.

Ərdoğan vurğulayıb ki, Türkiyə pilotsuz uçuş aparatları və silahlı pilotsuz uçuş aparatları texnologiyası üzrə dünyanın 3 aparıcı ölkəsi arasındadır:

"Öz döyüş gəmisini istehsal edən 10 ölkədən biri olan Türkiyə bu sahədə də mühüm ixracatçıdır”.

Türkiyə lideri bildirib ki ölkəsi müdafiə sənayesi sahəsində ötən il 4 milyard 400 milyon dollarlıq ixrac rəqəminə çatıb:

"Bu ilin ilk 6 ayında 2 milyard 378 milyon dollarlıq rekord ixrac səviyyəsinə nail olduq. 2023-cü ildə hədəfimiz 6 milyard dollardır. İnanıram ki, biz ilin sonuna ixrac hədəfimizə nail olacağıq və hətta bu rəqəmi keçəcəyik. Keçən həftə Körfəz ölkələrinə səfərimiz zamanı müdafiə sənayesi məhsullarında tariximizin ən yüksək məbləğdə ixrac müqaviləsini imzaladıq. İnanırıq ki, IDEF 2023-də bu müqavilələrə yeniləri əlavə olunacaq. Həmişə dediyimiz kimi, biz yalnız məhsul satmaq deyil, uzunmüddətli tərəfdaşlıq əlaqələri qurmaq və birgə layihələr hazırlamaq məqsədi daşıyırıq. Müdafiə sənayesi sahəsində bilik və təcrübəmizi dostlarımızın xeyrinə təqdim etməkdən məmnunuq”.скачать dle 12.1