Bia.Az

SON DƏQİQƏ! Putin dünyaya SÖZ VERDİ - Rusiya bunu edəcək

Cəmiyyət
 25-07-2023, 16:13     209

Rusiya prezidenti Vladimir Putin Ukraynadan ala bilmədikləri taxılı Afrika ölkələrinə kommersiya və ya qrant şəklində göndərə biləcəklərinə söz verib.

Musavat.com xəbər verir ki, Putin 27-28 iyul tarixlərində Sankt-Peterburqda keçiriləcək Rusiya-Afrika Sammiti ilə bağlı yazılı bəyanatında Rusiyanın taxıl sazişindən çıxmasının Afrika ölkələrinə mənfi təsir etməyəcəyinə qarantiya verib.

Kremlin saytında dərc olunan açıqlamada bildirilir:

“Rusiya Afrikaya taxıl, ərzaq məhsulları, gübrə və digər malların tədarükünü təmin etmək üçün səylərini davam etdirəcək”.

Putin ölkəsinin bu il rekord məhsul gözlədiyinə işarə edib: “Sizi əmin etmək istəyirəm ki, ölkəmiz Ukrayna taxılını həm ticari, həm də pulsuz əvəz edə bilər”.

Qeyd edək ki, Moskva 2022-ci ilin iyulunda imzalanmış taxıl müqaviləsində Rusiya ilə bağlı şərtlərin yerinə yetirilmədiyini iddia edərək, sazişdən çıxıb. Ölkəsinin 2022-ci ildə Afrikaya 11,5 milyon ton taxıl göndərdiyini xatırladan Putin 2023-cü ilin ilk yarısında 10 milyon ton taxıl göndərdiyini bildirib.скачать dle 12.1