Bia.Az

Priqojinlə bağlı İLGİNC məlumat: həbsxanada...

Dünya
 25-07-2023, 01:18     238

“Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojinin kriminal keçmişi və uzun müddət həbsxanada olduğu hər kəsə məlumdur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, rusiyalı hüquq müdafiəçisi Vladimir Oseçkin ukraynalı jurnalist Alisiya Batsmana müsahibəsində maraqlı faktlar danışıb.

Oseçkin Priqojinin barmağının kəsilməsi ilə bağlı əlində olan bir informasiyanı çatdırıb. Onun sözlərinə görə, Priqojin həbsxanada olduğu dövrdə rəhbərliklə sıx əməkdaşlıq edirmiş, yəni kameradaxili agent və çuğulçu olub.

Oseçkin bu səbəbdən onun barmağının dustaq yoldaşları tərəfindən kəsildiyini qeyd edib.


“Görünür, həmin adamlar Priqojinin həbsxana rəhbərliyi ilə “mehriban mübasibətlərini” bağışlamayıblar. Onunla bir yerdə məhkumluq çəkənlərin söylədiklərinə görə, rəhbərliklə əməkdaşlığa görə belə bir cəza olub. Sonradan Priqojin belə bir cəzanı “Vaqner” ÖHŞ-yə rəhbərlik etdiyi müddətdə başqalarına qarşı tətbiq edib”, - deyə rusiyalı hüquq müdafiəçisi söyləyib.скачать dle 12.1