Bia.Az

İrandan Zəngəzur dəhlizinə qarşı inanılmaz dirəniş

Siyasət
 24-07-2023, 11:17     266

İranla Ermənistan əlaqələri Əhəmənilər və Parfiya dövründən başlayır.

Axar.az xəbər verir ki, bu sözləri Əli Xameneinin ali müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi ilə bağlı yazdığı məqalədə bildirib.

Ermənistanın İran üçün xüsusi və stratejik əhəmiyyətə malik olduğunu yazan ali müşavir Zəngəzur dəhlizinin açılması ilə Ermənistanın ikiyə bölünməsi, İranla Ermənistan arasında olan sərhədin bağlanmasının planlaşdırıldığını iddia edib:

“Dəhliz açıldıqdan sonra biz on beş ölkə ilə deyil, on dörd ölkə ilə qonşu olacağıq və İranın Şimali Qafqaz, Rusiya və Avropa qitəsi ilə azad rabitəsi zərər görəcək. Bölgədə istənilən növ sərhəd dəyişikliyi uzunmüddətli gərginliyə səbəb olacaq və sərhədlərdə xarici ölkələrin olması ciddi narahatlıq doğuracaq”.скачать dle 12.1