Bia.Az

Azərbaycanın beş futbol turniri

İdman
 22-07-2023, 17:42     656

Azərbaycanın Peşəkar Futbol Liqası 2023-2024 mövsümündə beş yarış keçirəcək: premyer liqa, Azərbaycan kuboku, I liqa, II liqa, əvəzedicilər liqası.

Premyer liqa 2023-cü il avqustun 4-də start götürür, 2024-cü il mayın 26-da bitir. 10 komanda – “Qarabağ”, “Sabah”, “Neftçi”, “Qəbələ”, “Zirə”, “Turan Tovuz”, “Sumqayıt”, “Kəpəz”, “Səbail”, “Araz-Naxçıvan” dörd dövrədə yarışır, sonuncu pilləni tutan premyer liqanı tərk edir. Oyunda limit belədir: 7 legioner + 4 Azərbaycan vətəndaşı.
Əvəzedicilər liqasında premyer liqa komandalarının əvəzediciləri dörd dövrədə mübarizə aparır. Oyunda 7+4 limiti (7 nəfər 2002-ci il təvəllüdlü və ya daha gənc Azərbaycan vətəndaşı, 4 nəfər yaş limiti olmadan (bu 4 nəfərin ikisi legioner ola bilər) tətbiq olunur.
Azərbaycan kubokunda premyer liqa, I liqa və II liqa təmsilçiləri mübarizə aparır. 1/4 finala qədər qalib bir oyunda müəyyənləşir, həmin raunddan finala qədər ev-səfər qarşılaşmaları keçirilir. Oyun zamanı limit premyer liqadakı limitlə eynidir.
I liqa 10 komandanın iştirakı ilə üç dövrədə keçirilir. Oyunda 8 Azərbaycan vətəndaşı + 3 legioner limiti tətbiq olunur.
II liqada mübarizə 12 komandanın iştirakı ilə iki dövrədə aparılır.
Premyer liqa, I liqa, II liqada və əvəzedicilər liqasında iki və daha artıq komandanın topladığı xallar bərabər olarsa, qalib bu göstəricilər əsasında müəyyən edilir: komandaların öz aralarında keçirdikləri oyunların nəticələri; komandaların öz aralarında keçirdikləri oyunlarda top fərqi (səfər qolu nəzərə alınmır); mövsüm ərzində ən çox qələbə qazanmış komanda; bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqi; bütün görüşlərdə vurulmuş topların sayı; ən az rəsmi xəbərdarlıq (sarı və qırmızı vərəqələr).
Bütün göstəricilər eyni olsa, püşk atılır.
Novator.az bildirir ki, 1992-ci ildən başlayaraq Azərbaycan milli çempionatında 8 komanda qızıl medallara sahib çıxıb: “Qarabağ” 10, “Neftçi” 9, “Kəpəz” 3, “Şəmkir”, “Bakı” və “İnter” (indiki “Şamaxı”) 2, “Turan” (Tovuz) və “Xəzər Lənkəran” 1 dəfə çempion olub, “Qarabağ” 7, “Neftçi” 6, “Kəpəz” 4, “Bakı” və “Xəzər Lənkəran” 3, “Keşlə” (indiki “Şamaxı”) və “Qəbələ” 2, “İnşaatçı” (Bakı) və “Şəfa” 1 dəfə Azərbaycan kubokunu qazanıb.скачать dle 12.1