Bia.Az

“Rusiyada çevriliş olacaq” – Podolyak

Dünya
 22-07-2023, 17:21     331

“Priqojinin uğursuz üsyanından sonra Rusiyada insanlar başa düşdülər ki, Putin “çar” deyil. Bu üsyandan sonra hansısa silahlı dəstənin hakimiyyəti ələ keçirəcəyinə inanmıram. Rusiyada xaos olacaq və bu, çevrilişlə nəticələnəcək”.

“AzPolitika.info” xəbər verir ki, bunları Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib.


Onun fikrincə, çevriliş zamanı Rusiya xaotik vəziyyətə düşəcək və çoxsaylı kiçik qruplar tərəfindən inqilabi proses başlayacaq.


Podolyak həmçinin qeyd edir ki, Rusiya müharibədən sonra yox olmasa da, müəyyən resurslara malik olan, lakin qlobal siyasətə heç bir təsiri olmayan ölkəyə çevriləcək.скачать dle 12.1