Bia.Az

Rusiya Dumasının sədr müavininin təhdidinə Bakıdan sərt reaksiya

Siyasət
 22-07-2023, 11:43     260

Deputat: “Ölkəmizə qarşı bu hücumların  müəllifləri və icraçıları başa düşməlidirlər ki, bu yolla Azərbaycana təsir göstərmək, onu yolundan döndərmək mümkün deyil”

“Rusiya aparıcı dünya dövləti mövqeyinə malikdir, əvvəllər onun tərkibində olan ölkələr ondan asılı idi və bundan sonra da belə olacaq”. Bu sözləri Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy deyib. Onun fikrincə, Azərbaycan, Ermənistan və Ukrayna hansısa məqamda qərara gəldilər ki, onların başqa geosiyasi vektora nəzər yetirmək imkanı var. Lakin iqtisadi, siyasi, coğrafi və tarixi baxımdan bu ölkələr üçün Rusiyadan başqa başqa istiqamət yoxdur. “Rusiya bu ərazilərdə sakitləşdirmə və nizam-intizam yaratmaq siyasəti aparır”, - deyə Tolstoy bildirib.
Tolstoy qeyd edib ki, Rusiya olmadan nə Ermənistan, nə Azərbaycan, nə də Ukrayna mövcud olacaq. “Burada vacib olan budur. Qalan hər şey bu anlayışa əsaslanaraq nəticə verəcək”, - deyə rusiyalı deputat fikrini yekunlaşdırıb.
Pyotr Tolstoyun Rusiya-Azərbaycan əlaqələrinə kölgə salan sərsəm fikirləri  - Duma sədrinin müavini gerçəkləri niyə görmür...
Pyotr Tolstoy
Pyotr Tolstoyun bu açıqlamaları Azərbaycanda etirazla qarşılanıb. Bu barədə Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Pyotr  Tolstoyun açıqlaması anlaşılan deyil, Rusiya ilə Azərbaycan arasında münasibətlərə kölgə salır: "Təəssüf ki, Rusiya Dumasında Rusiya-Azərbaycan münasibətlərinə zidd açıqlamalar verən, mövqedə olan Tolstoy kimi deputatlar var. Onların Rusiyadakı erməni oliqarxlar və erməni lobbisi ilə əlaqələri var, erməni oliqarxların maliyyəsindən qidalanırlar. Ona görə də vaxtaşırı anti-Azərbaycan fikirləri ifadə edirlər.
Tolstoy kimiləri unutmasınlar ki, Azərbaycanın qədim və zəngin dövlətçilik tarixi, ənənələri, milli mədəni irsi, görkəmli simaları  var. Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət həyata keçirir və heç kimdən, o cümlədən də Rusiyadan asılı deyil. 32 ildir müstəqilliyini bərpa etmiş Azərbaycan müstəqil xarici siyasət yürütməyə üstünlük verir. Bu siyasəti kimlərsə Rusiyaya qarşı siyasət kimi qəbul edirlərsə, səhv edirlər. Azərbaycan 32 ildir müstəqil dövlət kimi inkişaf edir, beynəlxalq münasibətlər sisteminin nüfuzlu üzvlərindən biridir. Başqa ölkələrin xarici siyasətinə, istiqamətinə qarışmadğımız kimi, heç kimə də o hüququ tanımır bizim xarici siyasətimizə qarışsın. Azərbaycan beynəlxalq birliyin tamhüquqlu üzvüdür. Siyasətində müstəqildir. Tolstoy Azərbaycanı öz forpostları Ermənistanla eyniləşdirirsə də böyük səhvə yol verir. Qeyd etdiyimiz kimi, Rusiyada Azərbaycanla əlaqələrə kölgə salan siyasətçilər mövcuddur. Təəssüf ki, Zatulin, Milonov kimilərinin sayı yüksələn xətt üzrə irəliləyir ki, bu hal,  o cümlədən də Rusiya Dövlət Dumasının üzvü Pyotr Tolstoyun açıqlaması dövlətlərarası münasibətlərə xələl gətirir. Tolstoyun bu cür açıqlamalar verməsi müstəqilliyi Rusiya tərəfindən tanınan dövlətlərin müstəqilliyinə qarşı olan fikirlərdir. Bu cür fikirlər ölkələrimiz arasında münasibətlərə müsbət nə isə verməz. Rusiyanın dünyanın əksər dövlətləri və təşkilatları ilə ciddi problemləri olduğu bir vaxtda Tolstoy kimi siyasətçilərin davranışları Rusiyaya əlavə problemlər yaradır".
AZƏRTAC
Aydın Hüseynov
Deputat qeyd etdi ki, eyni zamanda son zamanlar Rusiya mediasında da anti Azərbaycan ab havası artır, ölkəmizin ünvanına kəskin hücumlar özünü açıq büruzə verir. Rusiya XİN-in son açıqlamaları da göstərir ki, bu xətt təsadüfi deyil. Bu ittihamların və iddiaların haradan, hansı səbəbə qaynaqlandığı hamıya bəllidir. Lakin bu cür ittihamlar və iddiaları Azərbaycan qəbul etmir: “Hamı bilməlidir ki, müstəqil dövlət kimi Azərbaycan öz ərazisində prosesləri ölkə qanunvericiliyi çərçivısində tənzimləməlidir və tənzimləyir. Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası da daxil olmaqla, bütün məsələlər bu kontekstdə qiymətləndirilməlidir. Bu,  zəruru prosesdir və bu prosesə maneçilik törədilməsi cəhdləri iflasa məhkumdur. Buna görə də ölkəmizə qarşı bu hücumların  müəllifləri və icraçıları başa düşməlidirlər ki, bu yolla Azərbaycana təsir göstərmək, onu yolundan döndərmək mümkün deyil. Azərbaycanın müstəqil dövlət olduğunu və müstəqil yaşadığını heç kim gözardı etməməlidir”.//“Yeni Müsavat”скачать dle 12.1