Bia.Az

Hüseyn Məlikin həbsindən şikayət verilib

Hadisə
 21-07-2023, 19:12     325

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının İdarə Heyətinin üzvü Hüseyn Məlikin inzibati həbsindən apellyasiya şikayəti verilib. Özünün “Facebook” səhifəsində açıqlama yayan ADR sədri Qubad İbadoğlu Bakı Apellyasiya Məhkəməsini şikayətə tez bir zamanda baxmağa, Hüseyn Məlikin azadlıq hüququnu bərpa etməyə çağırıb.

Hüseyn Məlik xalq hərəkatının (1988-1991) öncül şəxslərindəndir, Xalq Cəbhəsinin, Müsavat Partiyasının üzvü olub.

2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının varisi olan ADR Partiyası 2021-ci ildə yaradılıb.

Daxili İşlər Nazirliyinin Binəqədi rayonundakı inzibati həbs məntəqəsində saxlanan Hüseyn Məlik iyulun 14-ü paytaxtın 3-cü mikrorayon dairəsi yaxınlığında avtomobilindən düşürülərək tutulub. Həmin gün Nəsimi Rayon Məhkəməsi Hüseyn Məlikə 20 sutkalıq inzibati həbs cəzası kəsib. O, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib.


ADR-in İdarə Heyəti bəyanat yayaraq həbsi Hüseyn Məlikin həm ictimai həyatda, həm də sosial şəbəkələrdə siyasi fəallığı ilə əlaqələndiribскачать dle 12.1