Bia.Az

Ermənistan ÇALXALANIR - “Paşinyanı devirəcəyik!”

Dünya
 21-07-2023, 18:16     214

“Ermənistanın qarşısında duran bütün təhdidləri nəzərə alaraq biz bu prosesin dayandırılmasına zəmin yaradacaq bir qüvvənin formalaşmasını zəruri hesab etdik”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Könüllülər, Çağırışçılar və Ehtiyatçılar İttifaqının təşəbbüs qrupunun üzvü Vardan Xaçatryan deyib.

Assosiasiyanın təşəbbüs qrupunun üzvü, İrəvanın keçmiş meri Albert Bazeyan qurultayın iyulun 25-də keçiriləcəyini bildirib.

“Bizim ilk işimiz əsgərlərimizlə birlikdə Ermənistanın sərhədlərini qorumaq, “işğal olunmuş torpaqlarımızı” (Azərbaycanın azad olunan torpaqları - red.) “azad etmək” olacaq. İkinci vəzifə sağlam milli-siyasi qüvvələrin birləşərək vahid ümumerməni ittifaqı yaratmasına nümunə ilə kömək etməkdir. Biz rayonlara səfər edəcəyik, orada təşkilatlar açacağıq və xalqı mövcud hakimiyyətə itaətsizlik göstərməyə çağıracağıq. Biz indiki hakimiyyət orqanlarını getməyə məcbur edəcəyik. Bundan sonra qısa müddət ərzində növbədənkənar seçkiləri hazırlayacaq müvəqqəti hökumət qurulacaq”, - deyə Bazeyan əlavə edib.


Onun sözlərinə görə, yeni parlament Robert Köçəryan, Serj Sarkisyan və Levon Ter-Petrosyanın namizədliyini istisna etməklə baş nazir seçəcək.
Xatırladaq ki, Albert Bazeyan “Respublika” partiyasının üzvü olub.скачать dle 12.1