Bia.Az

Ərdoğan dünyanın ümidlə gözlədiyi xəbəri AÇIQLADI - SON DƏQİQƏ

Dünya
 21-07-2023, 16:28     211

“Taxıl Təşəbbüsünün davam etdirilməsini təmin edəcəyik”

Rusiyanın ərzaq dəhlizini bağlaması məsələsi Avropa mətbuatında belə işıqlandırılıb: “NATO-da İsveçə yaşıl işığın yandırılması Türkiyənin Taxıl Sazişində vasitəçilik əhəmiyyətini azaldıb”. Onların fikirləri ilə razı deyiləm. Əksinə, biz hazırda Rusiya ilə münasibətlərimizi davam etdiririk. 

Musavat.com xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Şimali Kipr Türk Cümhuriyyətinə etdiyi səfərlərdən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, Rusiyanın da müəyyən gözləntiləri var və bu sədlər aşılarsa, Rusiya taxıl dəhlizinin aktiv fəaliyyət göstərməsinin tərəfdarıdır:

“Qara Dəniz Taxıl Təşəbbüsünün dayandırılması bəzi regionlarda qlobal ərzaq qiymətlərinin artmasından aclığa və sonra yeni miqrasiya dalğalarına qədər bir sıra təsirlərə malik olacaq. Biz bunun qarşısını almaq üçün təşəbbüs göstərməkdən çəkinmirik. İnanıram ki, məsələni cənab Putinlə ətraflı müzakirə etməklə bu humanitar hərəkatın davamını təmin edəcəyik. Onun da Qərb ölkələrindən müəyyən gözləntilərinin olduğunu bilirik. Qərb dövlətləri bununla bağlı tədbir görməlidir. Qara Dəniz Taxıl Təşəbbüsü ilə biz dünya bazarlarına 33 milyondan çox taxıl göndərmişik. Biz qlobal epidemiyadan və iqtisadi böhrandan sonra nəticələri daha ağır olacaq qlobal ərzaq böhranının qarşısını aldıq”.

Ərdoğan qeyd edib ki, həyati əhəmiyyət kəsb edən təşəbbüsün davam etdirilməsi bütün bəşəriyyətin marağındadır:

“Biz diplomatiyanın bütün vasitələrindən istifadə edəcəyik və bütün səylərimizi bu məsələyə yönəldəcəyik. Müharibə şəraitində bəşəriyyətə xidmət edən bir kompromis əldə edildi və biz bunu davam etdirmək üçün əlimizdən gələni edəcəyik. Türkiyəyə qayıdandan sonra cənab Putinlə görüşlərimi keçirəcəyəm. Birincisi, biz telefon diplomatiyasından istifadə edəcəyik. Əgər cənab Putinin avqustda planlaşdırılan səfəri baş tutsa, biz bu məsələləri ətraflı müzakirə edəcəyik. İnanıram ki, proses uzadılmadan Qara Dəniz Taxıl Təşəbbüsünün davam etdirilməsini təmin edəcəyik”.скачать dle 12.1