Bia.Az

Ləman Ələşrəfqızı Natavan Babayevanın son nəfəsində yanında olub

Cəmiyyət
 21-07-2023, 01:47     260

Natəvanın keçmiş iş yoldaşı, sabiq ANS-çi Ləman Ələşrəfqızı da bu gün onu xəstəxanada ziyarət edibmiş:

"Salam Natış. Necəsən? Təəccüblə üzümə baxdı. Səsim tanış gəldi, ya üzüm, bilmədim. Heç nə demədi. Ona qulluq edən başıörtülü xanıma narazı səslə dedi:

- Çağırın da tibb bacısını...

Qadın məni işarə edərək soruşdu:

- Xanımı çölə çıxardım?

Əli ilə "yox” işarəsi etdi.

- Tibb bacısını çağırın, axı mən gecə heç nəfəs ala bilməyəcəm.

- Natış....

Mənə sıfır reaksiya...

Amma danışır, qıvrılır, nəfəsi gedir, can çəkişir.

Palatadan çıxdım. Hönkürə-hönkürə. Kimsə mənə kiçik əl dəsmalını verdi.

Alın, təmizdir-dedi.

Göz yaşlarımı silə-silə dəsmalın ayrılıq olduğunu xatırladım. Əlvida, Natəvan. Tanrı dağında görüşənədək”.скачать dle 12.1