Bia.Az

Ayaz Mütəllibov müdrikliyi bir daha sübut olundu

Gündəm
 27-02-2020, 12:36     381

Ayaz Mütəllibov müdrikliyi bir daha sübut olundu​ Dünən ​ Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar keçirilən anım tədbirində iştirak edən rəsmi dövlət və hökumət nümayəndələri arasında, 1992-ci ildə Azərbaycan Respublikasına rəhbərlik etmiş və ilk prezidenti olmuş Ayaz Mütəllibov da oldu. Azərbaycan Prezidenti İlham Əliyev faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərkən, eks-prezident Ayaz Mütəllibovla da görüşdü. Keçirilən tədbir zamanı o, İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əlini sıxdı. Onu da vurğulayaq ki, bu görüş Prezident İlham Əliyevlə Ayaz Mütəllibov arasında baş tutan ilk görüşdür. O da hər kəsə bəllidir ki, Ayaz Mütəllibov Xocalı soyqırımından bir neçə gün sonra, məhz daşıdığı vəzifəsindən istefa verən şəxs olub.

​ Ümumiyyətlə, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan xalqının milli faciələrindən, həmçinin bəşər tarixinin qanlı səhifələrindən biri olan və erməni quldur dəstələri tərəfindən törədilmiş qanlı Xocalı faciəsi baş verdikdən sonra, siyasi çevrələrdə çox ciddi müzakirələr aparıldı. Düzdür, Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız ümummilli lider, mərhum prezident Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra aldı və həmin vaxtdan Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üçün, lazımi tədbirlər də keçirilməyə başlanıldı. Onu da bildirək ki, 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis fevralın 26-nı Xocalı Soyqırımı Günü elan etdi. Hal-hazırda dünya ictimaiyyətinə Xocalı həqiqətlərinin çatdırılması yöndə müəyyən işlər görülməkdədir. Cənab Prezidentin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün beynəlxalq təşkilatlar, aparıcı dövlətlər münaqişənin kökləri, başvermə səbəbləri, həmçinin nəticələri haqda daha ətraflı ​ məlumatlandırılırlar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə, hər il həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kompaniyası çərçivəsində də tədbirlər reallaşdırılır. Məhz, belə bir tədbirlərin nəticəsidir ki, artıq Xocalı faciəsinin soyqırım olması faktını dünyanın bir sıra ölkələri və beynəlxalq təşkilatlar tanıyıblar.

​ ​ Bəli, Xocalı faciəsinin baş verməsinin əsas səbəbi, Ermənistanın işğalçı dövlət olması və bu yöndə siyasətini həyata keçirməsi oldu. Düzdür, ötən illər ərzində elə siyasi simalar, yaxud da fərdi şəxslər oldu ki, faciənin baş verməsində 1992-ci ildə ölkəmizə rəhbərlik etmiş Ayaz Mütəllibovu günahkar bildilər. Düşünürəm ki, həmin şəxslər belə bir ittihamı irəli sürməklə, əsl həqiqətlərdən xəbərsiz olduqlarını ortaya qoymuş oldular. Çünki, həmin şəxslər ittihamı irəli sürərkən 1992-ci ilin ab-havasını, ictimai-siyasi vəziyyəti və bir çox amillərin varlığını ​ nəzərə almadan, məhz bu cür kokoranə yanaşmalarını ortaya qoymaqla hansısa məqsədlərinə nail olmaq istədilər. Bütün bunlar qalsın bir yana, bir neçə gün bundan öncə, daha dəqiq desək 15 fevral günü​ Almaniyanın Münhen şəhərində​ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələr zamanı, bir daha Xocalı faciəsi faktı müzakirə mövzusu oldu. Çünki, təqribən bir saata yaxın vaxt ərzində keçirilən panel ​ müzakirələr zamanı, Ermənistanın siyasi cəhətdən yetkin olmayan, həmçinin savadsızlığı ilə hər kəsə özünü güldürən Nikol Paşinyan Xocalı faciəsinin baş vermə səbəblərinə toxunaraq bildirdi ki, “Bu faciəni Azərbaycanın müxalif qüvvələri törədib. Bununla bağlı keçmiş prezident Ayaz Mütəllibov Rusiyanın aparıcı mətbu orqanlarına verdiyi müsahibəsində bildirib”. Belə bir ittihama Prezident İlham Əliyev tutarlı və əsaslandırılmış cavablar verərək qeyd etdi ki, bu cür qondarmalar vaxtilə Moskvada çalışan erməni jurnalistlərin düzüb-qoşduqları təxəyyülün məhsuludur. Çox keçmədi ki, Nikol Paşinyanın belə bir sərsəm və məntiqsiz ittihamına eks-prezident Ayaz Mütəllibovun özü də cavab verdi. Belə ki, o, mediaya açıqlamasında bildirdi ki, “mən belə söz deməmişəm. Bu iddia yalandır. Bəli, qeyd etmişdim ki, həmin dövrdə müxalifətin hərəkətləri nəticəsində Azərbaycanda daxili vəziyyət qarışıq idi. Ermənistan tərəfi daim bu məsələni müzakirəyə çıxarır. Amma belə iddia həm də gülməlidir. Təbii ki, Prezident İlham Əliyev debatda Paşinyana tamamilə doğru cavab verdi”.

​ ​ ​ Bütün bunlar onu göstərir ki, bu cür ittihamları Ayaz Mütəllibovun adı ilə bağlamaq nə hüquqi, nə də ki, mənəvi cəhətdən yolverilməzdir. Çünki, adı çəkilən bu şəxsin özündə cəmləşdirdiyi göstəriciləri, xarakterik xüsusiyyətinin varlığı və s. onu söyləməyə tam əsas verir ki, eks-prezident hər zaman xalqını sevən, ona bağlı olan, dövlətinin taleyin düşünən bir şəxs olub. Hətta, o, daim tərəflər arasında münaibətlərin yaradılmasına, xalq-iqtidar birliyinin daha da möhkəmləndirilməsinə çalışıb. Əgər belə olmasaydı o halda cənab Prezident də, Ayaz Mütəllibova qarşı bəlli münasibətini ortaya qoymazdı. Ona görə də, dünən keçirilən anım tədbirində iştirak edən rəsmi dövlət və hökumət nümayəndələri arasında Ayaz Mütəllibovun ​ olması, hər kəs tərəfindən təqdirəlayiq addım kimi dəyərləndirildi. Bütün bunlar onu sübut edir ki, istər DQ məsələsinin, istər iqtidar-müxalifət münasibətlərinin, istərsə də digər əhəmiyyət kəsb edən məsələ və problemlərin normal həll olunması yöndə bu şəxsin məsləhət və tövsiyyələri də, ümumi məqsədlərimizin həllinə öz təsirini göstərər.

AtaTv.az, AtaMedia.az və İxaTv.az xəbər portallarının rəhbəri

Ayaz Mütəllibov müdrikliyi bir daha sübut olunduскачать dle 12.1