Bia.Az

"Qocalar evində toy etmək daha yaxşıdır"

Sosial
 20-07-2023, 00:57     314

Mətbuatda mütəmadi olaraq dəbdəbəli toylar, onun yaratdığı fəsadlar haqqında çoxlu sayda müzakirələr, fikir mübadiləsi aparılıb, tövsiyələr verilib. Lakin yenə də bu məsələ öz həllini tapmamış qalır.

Müşahidələr onu deməyə əsas verir ki, demək olar hamı keçirilən toylardan narazıdır. Təəssüf ki, pandemiya da cəmiyyətə “dərs” olmadı və toylar yenə də dəbdəbəli, israfçı şəkildə keçirilir.

Yazıçı-kulturoloq Aydın Xan Əbilov təbliğatla deyil, inzibati yolla bu məsələnin həll olunmasına çağırış edib:

“Şadlıq evlərindəki beynimizi dağıdan səs-küydənsə, gedib qocalar evində toy etmək daha yaxşıdır. Təklif edirəm ki, şadlıq evlərindəki yüksək tonlu səs qadağan olunsun. İstər müğənni, istərsə musiqiçilər buna əməl etməsə, həm müğənni, həm də şadlıq evi cərimələnsin. Onlar böyük məbləğdə cəzalandırılsınlar. Bəlkə bu qadağadan, cərimədən sonra başımız toylarda xarab olmaz.

Əhalinin 90%-də olan başağrısı məhz toylardakı səs-küyə görədir”.
Screenshot_1.png (748 KB)
Ekspert bu cür toy edən varlı şəxsləri və məşhurları qınaq atəşinə tutub:
“O cümlədən də, toylardakı göstərişi, dəbdəbəni yığışdırmaq lazımdır. Başqalarına görk, nümunə olan müğənnilər, məmurlar, iş adamları, bəsdir biabırçı vəziyyətdə insanları heyrətləndirməyə çalışdınız. Qızıllarla, təmtərahlı məclislə, 1000 nəfərlik qonaqlarla, 500 min, 1 milyon verib xaricdən müğənniləri gətirtməklə insanları təəccübləndirməkdən əl çəkin! Bəlkə, daha sivil formatlar fikirləşək?”//Yenisabah.azскачать dle 12.1