Bia.Az

Rusiya bu şərtlə taxıl müqaviləsinə qayıdacaq - Putin

Dünya
 20-07-2023, 00:51     235

Rusiya onun şərtləri yerinə yetirilən kimi dərhal taxıl sazişinə qayıdacaq.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə görüşündə deyib.

“Rusiyanın sazişə qayıtması üçün əsas şərt onun ilkin humanitar mahiyyətinin bərpasıdır”, - dövlət başçısı bildirib.

O, bu müqavilələr üzrə Rusiya qarşısında öhdəlikləri xatırladıb: “Əgər əvvəllər razılaşdığımız bütün şərtlər yerinə yetirilərsə - mən onları indi icad etmirəm - biz dərhal bu sövdələşməyə qayıdacağıq”.


Prezident birinci şərt kimi Rusiya taxılının və gübrələrinin dünya bazarlarına tədarükünü sanksiyalardan çıxarmağı qeyd edib.скачать dle 12.1