Bia.Az

Dubay şirkəti də Rasim Məmmədovla bağlı hökmdən şikayət verdi –“qızın iki adaxlısı var”...

Cəmiyyət
 19-07-2023, 19:01     274

Bakı Ağır Cinayətlər Məhkəməsində “Baku Steel Company” MMC-nin həbsdə olan keçmiş rəhbəri Rasim Məmmədovla bağlı daha bir məhkəmə çəkişməsi yekunlaşıb. Dubayda fəaliyyət göstərən “RMH General Trading” DMCC Rasim Məmmədov barəsindəki hökmün onun maraqlarına toxunduğunu iddia edib və ləğvini istəyib. İddiaçı hökmdə əmlakların müsadirəsi ilə bağlı hissəsinin ləğvini tələb edib. yada salaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Məmmədov 14 il müddətinə azadlıqdan məhrum olunub. Hökmlə 60 milyon manatdan artıq dəyərində əmlak da müsadirə olunub.

Bu əmlaklardan biri də Sumqayıtda yerləşən “Baku Non Ferrous And Foundry Company”dir. Dubay şirkəti məhz bu hissədə hökmdən şikayətçidir.
Baku Non - Ferros and Foundary Company" | SAFAROFF AGENCY

“RMH General Trading” DMCC şikayətində göstərib ki, “Baku Non Ferrous And Foundry Company”nin Rasim Məmmədova heç bir aidiyyəti yoxdur. Bu üzdən məhkəmənin ona aid olmayan əmlakı müsadirə etməsi haqda qərarı da qanunsuz və əsassızdır. Şirkət vurğulayıb ki, “Baku Non Ferrous And Foundry Company”nin təsisçisi “RMH General Trading” DMCC-dir. Buna görə, şirkətin müsadirə olunması birbaşa onların mülkiyyət hüquqlarının pozulmasıdır. Rasim Məmmədov haqqında hökm 2022-ci il dekabrın 28-də çıxarılıb. İyunun 6-da isə Bakı Apelyasiya Məhkəməsində onun şikayətinə baxılıb. Hökmün əmlaklarla bağlı hissəsinə dəyişiklik olunmasa da, cəzası 3 ay azaldılaraq 13 il 9 aya endirilib. “RMH General Trading” DMCC isə maraqlarına toxunulan şəxs kimi, apelyasiya şikayəti versə də, baxılmayıb. Çünki Azərbaycan qanunlarına görə, hökmdən apelyasiya şikayəti vermək üçün 20 gün müddət nəzərdə tutulub. Bu şirkət isə dekabrda çıxarılmış hökmdən mayda şikayət verib. Şirkətin nümayəndəsi apelyasiya şikayəti ilə yanaşı, məhkəməyə həm də müddətin bərpası üçün vəsatət verib. Orada göstərib ki, mülkiyyətləri müsadirə olunmasına baxmayaraq, hökm barədə vaxtında onlara heç bir məlumat verilməyib. Maraqlarına toxunsa da, hökmün surəti onlara göndərilməyib. Bu üzdən hökmdən vaxtında xəbər tutub apelyasiya şikayəti verə bilməyiblər, ona görə də müddətin bərpasını xahiş edirlər. Lakin hökmü çıxarmış Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədova “RMH General Trading” DMCC-yə rədd cavabı verib: “Məhkəmənin hökmlə maraqlarına toxunan şəxslərə və ya onların nümayəndələrinə hökmün surətini vermək vəzifəsi qanunda nəzərdə tutulmayıb”.
About us

Dubay şirkəti bu qərardan apelyasiya şikayəti verərək müddətin bərpa olunmasını istəyib. Şirkət hesab edir ki, “Baku Non Ferrous And Foundry Company”nin müsadirə olunması, apelyasiya şikayəti vermək hüququnun məhdudlaşdırılması ədalətli məhkəmə araşdırması, mülkiyyət və başqa hüquqlarını pozur. Bu qərardan verilən apelyasiya şikayəti də nəticəsiz qalıb. Bakı Apelyasiya Məhkəməsinin hakimləri şikayəti təmin etməyib. Qərarlarını da belə əsaslandırıb ki, Rasim Məmmədovun məhkəməsi uzun müddət davam edib, “RMH General Trading” DMCC təsisçisi olduğu şirkətin aqibəti ilə vaxtında maraqlanmalı idi.

Böyük Britaniyanın “Baumant Sales LLP” şirkəti də məhz “Baku Non Ferrous And Foundry Company” ilə bağlı hissədə Rasim Məmmədovla bağlı hökmdən apelyasiya şikayəti vermişdi. Bu şirkət iddia edir ki, “Baku Non Ferrous And Foundry Company”nin müsadirə olunmuş əmlaklar siyahısına daxil edilməsi onların maraqlarına ziddir. Çünki bu şirkətin onlara 15 milyon 689 min dollar borcu var. Həmin vəsaitin “Baku Non Ferrous And Foundry Company”yə kredit kimi verildiyi bildirilir. Lakin onun da apellyasiya şikayəti təmin olunmayıb. “Baumant Sales LLP” də apelyasiya şikayəti vermək üçün müddəti ötürmüşdü. Lakin apelyasiya məhkəməsi müddətin bərpası məsələsində onun şikayətini təmin etmişdi.
Baku Non Ferrous And Foundry Company | Banker.az

Müsadirə olunan əmlaklar arasında bağ evləri, mənzillər, torpaq sahələri, obyektlər və s. var. Həmçinin Səbayel rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə-108A ünvanında yerləşən Bakı Oksford Məktəbinin əmlakı da müsadirə olunan əmlaklar arasındadır. Bu məktəbin həmtəsisçisi Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadır. İstintaq dövründə üzərinə həbs qoyularkən bu əmlak 22 milyon manat qiymətləndirilib.
2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədov “Baku Steel Company”dən 185 milyon manatlıq yeyintidə təqsirli bilinib. Rasim Məmmədov özünü təqsirli bilmir. O, məhkəmədə çıxışlarında da bəraət verilməsini istəyirdi: “Bir adam mənə izah etmir ki, bütün bunlar niyə baş verir. Mən heç bir cinayət etməmişəm, ona görə bəraət istəyirəm. Son sözüm budur...”.
Baku Steel Company announces production and financial indicators -

Onun sözlərinə görə, öz zavodunun vəsaitlərini mənimsəməkdə ittiham olunması absurddur. O vurğulayıb ki, 2011-ci ildə “Baku Steel Company” ilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bəylər Əyyubovla üçlükdə müzakirə aparıb, müəyyən məsələləri razılaşdırıblar. Sonradan zavodun gəlirləri də həmin razılaşma əsasında bölünüb.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”скачать dle 12.1