Bia.Az

Qazinin anasını icra başçısı qəbul etmək istəmir – Rafiq Cəlilovla görüşmək müşkülə çevrilib-Açıqlama-Yenilənib

Sosial
 19-07-2023, 18:35     306

Cəlilabad rayon sakini, Məmmədova Elmira Nurəli qızı “İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” insan hüquqlarrı təşkilatına müraciət edərək, şəxsən, yazılı, şifahi formada dəfələrlə Cəlilabad Rayon İcra hakimiyətinin Başçısı Rafiq Cəlilovun qəbuluna düşmək üçün müraciətlər etsədə qəbula düşə bilmədiyini qeyd etmişdir.

Məcbur olub Prezident Administrasiyasına qəbula getmiş, oradan onu yenidən Rafiq Cəlilovun qəbuluna getməyə və Prezident Administrasiyasından İcra Hakimiyyətinə qəbul ediləcəyi ilə bağlı göstəriş verildiyini bildiriblər.

18.07.2023-cü il tarixdə Elmira Məmmədova deyilən saat da Cəlilabad Rayon İcra Hakimiyyətində olub və Prezident Administrasiyasında onu başçı Rafiq Cəliovun qəbul edəcəyini deyib, İcra Hakimiyyəti Başçısının Baş məsləhətçisi Nəsib İsgəndərov həmin xanıma deyiləsi və yazılası mümkün olmayan nəlayiq sözlərlə və yüksək səslə təhqir edərək, hədələyib.

Onun bu cür qanuna və əxlaqa siğmayan sözlərlə təhqir edildiyini mütləq ki, İcra Hakimiyyəti Aparatında oturan hər kəs, o cümlədən Başçı Rafiq Cəlilovunda eşitdiyin qeyd etmişdir. Nəsib İsgəndərova sənə kim haqq verib ki, məni belə təhqir edib, alçaldırsan, hər halda sənin bu əməlinə qiymət verən tapılar. O, isə mənə,  səlahiyyət verməsələr burda oturmaram ki, bir də nə bilirsən get et. Mənim sahibim məni qorumaq gücündədir, deyə, – müraciət müəllifi qeyd edir.

Elmira Məmmədova oğlu Məmmədov Elməddin Qurban oğlunun 44 günlük Vətən Müharibəsində döyüşdüyünü, Müharibə Veteranı olduğunu və dəfələrlə ölümdən döndüyünü və oğlunu Allah qoruyub saxlasada, ancaq Rafiq Cəlilovun və baş məsləhətçisi Nəsib İsgəndərovun  onun sonunu gətirəcəyini və ailə vəziyyətlərinin çox ağır olduğunu, ehtiyac içərisində yaşadııqlarını və Rafiq Cəlilovun onları qəbul edib, şikayətlərini eşitmək istəmədiyin göstərmişdir.

Rafiq Cəlilovun Cəlilabad rayonunu nəsib kimlər vasitəsi ilə idarə etdiyin, Rafiq Cəlilovun qəbuluna düşmək istədik də isə eşidiləsi mümkün olmayan sözlər, təhqirlərdən cana doyduğunu, dərdlərini, şikayətlərini deməyə ünvanlar axtardıqlarını bildirərək, əlavə edir ki, əgər, Rafiq Cəlilov Ölkə Prezidentinin, Prezident Administrasiyasının vətəndaşlarla, Müharibə Veteranları ilə bağlı haqlı göstərişlərini, tapşırıqlarını nəzərə alıb, əhəmiyyət vermirsə bəs biz əlacı, köməyi kimdə axtaraq. Axı onlar niyə bizi təhqir etməlidirlər. Kim verib bu haqqı onlara?! Axı onlarında anası, bacısı, qızları vardır,-deyə vurğulanır.

Elmira Məmmədova Mərkəzə müraciət edərək, onların təhqirlərdən, işgəncələrdən, mənəvi zorakılıqlardan qorunmalarını, şikayətlərinin Ölkə Başçısına, I vitse prezidentə və digər yüksək vəzifəli əlaqədar şəxslərə çatdılmasını, canını Vətəni, topaği üçün qurban verən oğlunun və özünün Rafiq Cəlilovun və Nəsib İsgəndərovun təzyiqlərindən, mənəvi işgəncələrindən, əzablarından xilas olmaları üçün köməklik göstərilməsini xahiş edirlər.

Biz də “İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” İnsan Hüquqları təşikatı olaraq, Cəlliabad rayon sakinin Vətən Müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Veteranı Elməddin Məmmədovun anası Elmira Məmmədovanın müraciətinə həssaslıqla yanaşaraq, müraciəti aidiyəti üzrə göndərərək, əlaqədar vəzifəli şəxlərdən vətəndaşa dərhal köməklik göstərilməsini, müraciətdə qeyd edilənlərin araşdırılıb obyektiv qiymət verilməsini, onların pozulmuş hüquq və vəzifələrinin bərpasının təmin edilməsi üçün müvafiq tədbirlər görsünlər.  

Yazıda adı çekilən hər kəsin mövqeyini tanıyırıq…

P.S  Sözügedən şikayətlə bağlı  Cəlilabad RİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri  Füzuli Cəfərovun qarşı tərəfin mövqeyini olduğu kimi sizə təqdim edirik:

“Vətəndaş Məmmədova Elmira Nurəli qızı dəfələrlə şəxsən mənim qəbulumda olub.Icra hakimiyyətinin xəttilə ona maddı yardımlar edilmiş,yaxından hər cür köməklik göstərilmişdir. İki dəfə də cənab başçı Rafiq Cəlilov qəbul etmişdir.

Vətəndaş Məmmədova Elmira Nurəli qızının tələbi isə azyaşlı övladına- Məmmədov Pərviz Qurbanəli oğluna əlillik dərəcəsinin verilməsilə bağlıdır.Beləliklə,Cəlilabad RİH-də ona xüsusı qayda ilə başa salınmışdır ki, övladınıza əlillik dərəcəsi almaq üçün İcra hakimiyyətinə yox, ƏƏSMN-nə müraciət etməlisiz.”скачать dle 12.1