Bia.Az

Məhərrəmlik başladı

Cəmiyyət
 19-07-2023, 18:06     228

İyulun 19-da hicri-qəməri təqvimi ilə 1445-ci il başlayıb. İlk ay olan Məhərrəmin onuncu günü iyulun 28-nə düşür. Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, həmin gün Bakının 8 dini ocağında (Mirmövsüm ağa ziyarətgahı, Əjdərbəy məscidi (Göy məscid), Sahib zaman məscidi, Bibiheybət məscid-ziyarətgahı, Qaraçuxur məscidi, Təzə Pir məscidi, Hacı Soltanəli məscidi, İmam Əli məscidi) və Mərkəzi Qan Bankının Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Lənkəran, Şəki, Bərdə, Quba bölmələrində qanvermə aksiyaları keçiriləcək.

Hicri-qəməri təqvimi ilə 61-ci ilin onuncu günündə Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyn və məsləkdaşları Kərbəla çölündə şəhid olublar, bu, tarixdə Qətl günü – Aşura günü kimi qalıb.


Hər il anım mərasimləri ümumilikdə iki ay çəkir.скачать dle 12.1